Ölkə

Uşağını atıb başqa kişiyə ərə gedən Rəqsanə görün kim çıxdı - FOTO

22 Aprel 2019 17:49
3 Şərh     Baxış: 15 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranlı həyat yoldaşından ayrılaraq, ondan olan oğlunu atıb türk vətəndaşına ərə getdiyi iddia edilən Rəqsanə adlı qadınla bağlı "Səni axtarıram"a maraqlı fakt daxil olub.

Milli.Az xəbər verir ki, qadının bir zamanlar çox məşhur olan evlilik proqramına qatıldığı məlum olub.

Bu barədə Xoşqədəm canlı yayımda məlumat verib:

"Mənə yazıblar ki, "O qadın "Toy olsun" verilişində də olub. İranlı ilə orada evlənmisən?"

Qadın sözügedən izdivac verilişinin namizədlərindən olduğunu etiraf edib:

"Bəli, o verilişə qatılmışam. Amma iranlı ilə orada evlənməmişəm, ondan öncə. Ora evlənməyə getməmişdim, o kişinin acığına! Uşağı 2 yaşından qoydu getdi, məni nə günlərə qoydu. Acığa o verilişə çıxdım ki, "Mən evlənirəm". O da mənim başıma bir qaxınc oldu".

Rəqsanə adlı qadın uşağını atmadığını "Bunu hamı bilir. Mən gizlin iş görməmişəm. Düzdür evlənmişəm, uşağım var. 13 yaşından sonra uşağım dedi "Mən atamı istəyirəm. Hər yay uşağı 3 ay aparırdı. Yəni oğlum İranı sevdi. Bunu bizə baxan hər kəs bilir" ifadələri ilə diqqətə çatdırmaq istəyib. 

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.