Ölkə

Milli Şuranın mitinq istəyinə icazə verilmədi

17 Aprel 2019 18:37
Baxış: 606
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Şuranın mitinq keçirməsinə icazə verilməyib.

Milli.Az xəbər verir ki, bu barədə Oxu.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Mətbuat Şurasının üzvlərindən ibarət mitinq təşkilatçıları aprelin 20-də "Məhsul" stadionunda aksiya keçirmək istədikləri məqsədə uyğun hesab edilmədiyindən razılıq verilməyib.

Cavabda o da qeyd edilib ki, yanvarın 19-da keçirilən mitinqdən sonra bəzi toplantı iştirakçıları tərəfindən ictimai təhlükəsizlik əleyhinə bir sıra əməllər törədilməsi şəhər sakinlərinin ciddi narazılığına səbəb olub. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə şikayət ərizələri daxil olub. 

Eyni zamanda, mitinq iştirakçılarının polisin qanuni tələblərinə qarşı tabesizlik göstərmələri ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən də Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq müraciətlərin ünvanlanması nəzərə alınaraq mitinqin keçirilməsi məqsədəuyğun hesab edilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.