Ölkə

Qobustan qoruğunda kütləvi ağacəkmə aksiyası keçirilib - FOTO

13 Aprel 2019 11:13
0 Şərh     Baxış: 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 13-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Bu yaz özün bir təbiət yarat" devizi əsasında başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində kütləvi ağacəkmə aksiyası keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, aksiya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi və Qobustan Dövlət Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə baş tutub.

Aksiyada mədəniyyət naziri Əbülfəs Qarayev və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də iştirak ediblər.

Aksiya çərçivəsində Qobustan qoruğunda Böyükdaş dağına gedən yolun sağ və sol tərəfində 30 metr zolaqda yerli landşafta uyğun 3000-dən artıq nar, əncir, badam, sərv, Eldar şamı, zeytun və digər növ ağac əkilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.