Ölkə

Bakıda Dünya Kubokunda rusiyalı birinci, türkiyəli gimnast isə ikinci oldu - FOTO

16 Mart 2019 13:32
Baxış: 390

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda paralel qollarda hərəkətlərin yekunu üzrə ən güclülər müəyyənləşib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, rusiyalı idmançı Vladislav Polyaşov 15.133 balla bütün rəqiblərini üstələyib.

Gümüş medala cüzi xal fərqi ilə (15.100) türkiyəli Fərhad Arıcan sahib olub. Çinli gimnast Hao You isə üçüncü yeri (15.066) tutub.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.

Martın 17-nə qədər davam edəcək turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.