Ölkə

“Könül Xasıyeva bunların ümidinə qalmamalıdır” - Tanınmış teleaparıcı tənqid etdi

22 Fevral 2019 16:09
7 Şərh     Baxış: 2 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış teleaparıcı Azər Qərib Mətanət Əsədovanın ad günündə xalq artisti Könül Xasıyevaya verilən pullarla bağlı yayılan videoya münasibət bildirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı bu barədə Feysbuk hesabında yazıb.

"İnsanlar var ki, xeyriyyəçiliyə milyonlar xərcləyirlər. Bir şərtlə ki, adları heç yerdə qeyd olunmasın, "inkoqnito" qaydasında. Bunlar isə... Özlərini kişi adlandıranlar da var orada, özünü xanım adlandıran da. Azərbaycanın muğam sənətinin parlaq nümayəndələrindən olan Könül Xasıyevanı belə alçaltmaq?!

Bu video cəmiyətimizin ümumi mədəni səviyyəsini nümayiş etdirir.

Səviyyəsizlərin səviyyə formalaşdırmaq cəhdləri... Könül Xasıyeva bunların ümidinə qalmamalıdır" deyə, Qərib iradını söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.