Ölkə

Azərbaycanda zəlzələ: insanlar küçələrə axışdı, icra başçısı sakinlərlə görüşdü - VİDEO - FOTO

12 Fevral 2019 10:57
1 Şərh     Baxış: 2 114

Şamaxıda ötən gün zəlzələ olub.

Milli.Az xəbər verir ki, Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla 19:29-da Pirqulu stansiyasından 9 km qərbdə Şamaxı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub.

Təkanlar ətraf kənd və rayonlarda hiss olunub. Təşvişə düşən sakinlər evlərini tərk edib. Rayon icra başçısı Tahir Məmmədov sakinlərlə söhbətləşib və mümkün qədər gecəni binalarda keçirməməyi məsləhət görüb.

FHN-dən isə bildirilib ki, təkanlardan sonra hər hansı dağıntı baş verməyib. (baku.ws)

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda zəlzələ: insanlar küçələrə axışdı, icra başçısı sakinlərlə görüşdü

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    lamiye · 12 Fevral 22:3400

    REBBIM komek olsun AZERBAYCANIMA

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.