Ölkə

Qızıl medallı məzunlarla bağlı güzəşt LƏĞV OLUNDU - Onlar da imtahan verəcəklər - FOTO

6 Dekabr 2018 12:05
1 Şərh     Baxış: 1 956

Orta məktəbi qızıl medalla bitirən məzunların ali məktəblərə qəbul imtahanlarından azad olunması ilə bağlı "Ümumi təhsil haqqında" qanun layihəsində qeyd edilən müddəa ictimaiyyət, təhsil ekspertləri, müəllimlər tərəfindən birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin eksperti Coşqun Məmmədov modern.az-a bildirib ki, orta məktəbi qızıl medalla bitirən məzunların ali məktəblərə qəbul imtahanlarından azad olunması ilə bağlı müddəa "Ümumi təhsil haqqında" qanun layihəsindən çıxarılıb.

"Müzakirələrdən sonra plenar iclasa tövsiyə edilən sənədin yekun variantında orta məktəbi qızıl medalla bitirən məzunların ali məktəblərə qəbul imtahanlarından azad olunması ilə bağlı müddəa öz əksini tapmayıb. Qanun layihəsinə təkliflərini vermək istəyən hər bir təhsil eksperti, ictimaiyyət nümayəndələri, müəllimlərin təkliflərinə hər zaman açığıq. Həmin təkliflər Milli Məclisin Elm və təhsil komitəsinin İşçi qrupu tərəfindən dəyərləndiriləcək və daha sonra isə məqbul hesab edilən təkliflər qanun layihəsində öz əksini tapacaq".  

Qeyd edək ki, Milli Məclisdə hazırlanan yeni "Ümumi təhsil haqqında" qanun layihəsinin 13-cü maddəsində (Ümumi təhsilin təşkili) qeyd edilmişdi ki, orta təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunacaqlar. Amma ictimai müzakirələrdən sonra artıq bu müddəa layihədən çıxarılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Vetendas · 6 Dekabr 12:4420

    Duz edibler cunki bezi sagirdler muxtelif yollarnan can atacaqlar ki qizil medali alsinlar bu ise alii mektbebe daxil olmaq demekdir, bezi sagirdlerden sohbet gedir , eger biliklidirse 10 defe de imtahan verse ugurlu netice qazanacaq. medal ise tekce orta mektebi bitirmeye gore verilir .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.