Ölkə

Qazancını dilənçilərə paylayan azərbaycanlı məşhur kimdir? - 40 ildir ... - FOTO

24 Oktyabr 2018 16:30
11 Şərh     Baxış: 8 253
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər zaman məşhurların qazancları sadə insanların maraq dairəsində olub.

Bəs məşhurlarımız qazanclarından qarşılarına çıxan dilənçiyə, ehtiyacı olanlara əl tutublarmı?

Milli.Az bu sualla bir neçə şou əhlinə üz tutdu:

Sualımızı cavablandıran ilk məşhurumuz gənc, istedadlı müğənni Əhməd Mustafayev oldu:

"Demək olar ki, hər gün. Allah xətrinə veririk də. Düzdür, qaraçılar var, üzlərinə baxan kimi bilirsən ki, bunların peşəsidir bu. Üzünə baxanda bilirsən ki, bu adam qaraçıdır. Biri də var ki, əlsiz-ayaqsız adamdır, yaşlı adamdır. Allah xətrinə gücümüz çatandan veririk. Nə qədər verdiyini isə, mənim şəxsi fikrimdir, deməzlər".

Şou aləmində özünə yer edən Yaşar Yusub da əliaçıq məşhurlarımızdandır:

"Bəli, vermişəm. Kimsə maşına yaxınlaşarsa, əliboş yola salmamışam. Əvvəl böyüklərə də verirdim. Son zamanlar ya qadınlara, ya da körpə uşaqlara verirəm. Ən çox məbləğ 1 manat vermişəm. Körpə uşaq yağışın altında duran görmüşəm, 2 manat, belə... Ondan çox olmayıb".

Səmimiyyəti ilə seçilən Rəqqasə Fatimə də sağ əlinin verdiyindən sol əlinin xəbərsiz olduğunu bildirdi:

"Mən hər gün o işlə məşğulam. Amma hər yoldan keçənə də olmur. Amma baxıram, görürəm ki, insan şikəstdirsə, üz cizgisindən bilinirsə ki, həqiqətən, ehtiyacı varsa, verirəm. Amma son zamanlar təəssüf ki, bir də görürsən normal, cavan oğlandı, yaxınlaşır ki, sizdə "2 manat 50 qəpik olmaz. Dərman almağa pulum yoxdur". Amma görünüşündən bilinir ki, bu insan o pulları toplayıb ya gedib, üzr istəyirəm, içki alacaq, ya da başqa bir şey edəcək. Bugünkü gündə insanlar var ki, həqiqətən, həyatı bilmək olmur... bəlkə də vaxtı ilə o, çox vəzifəli şəxs olub. Yaş keçdikcə tək qala bilər, ya uşaqlara baxmazlar və çarəsizlikdən dilənçi olub. Elə insanlara kömək etmək, məncə, Allaha da xoş gedər. Bizim yaşadığımız binanın yanında bir nənə durur. O qadın dibçəklərdə gül satır. Amma o gülləri heç kim ondan almır. Mən ona hər gün, demək olar ki, 5 manat, 3 manat, 10 manat hörmət edirəm. Bu, baxır mənim həmin günkü qazancıma. 40 yaşım var, mən özümü tanıyandan həmişə ehtiyacı olanlara kömək etmişəm. Belə görmüşəm çünki".

Məşhur musiqiçi Hüseyn Məhəmmədoğlu hər qazancından ehtiyacı olanlara payladığını bildirdi:

"Olur. Amma, yəqin ki, 200-300 verməmişəm, normal məbləğ vermişəm. Az olanda az vermişəm, çox olanda çox vermişəm. Ümumiyyətlə, qazandığım pulun zəkatını verirəm. Bundan əlavə xüms, sədəqə də verirəm. O pulları ayırıb ehtiyacı olan insanlara verirəm".

Təhməz Təkin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.