Ölkə

Bu il 21 rayon içməli su ilə təmin olunacaq

19 Sentyabr 2018 13:36
1 Şərh     Baxış: 929
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti bu il 21 rayonun içməli su ilə təchizatını yaxşılaşdıracaq.

Milli.Az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Qurum rəsmisi bildirib ki, Prezident İlham Əliyevin "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən, respublikanın 13 rayonunun 30 yaşayış məntəqəsində içməli su layihələri icra olunacaq: " Bu layihələrdən 30 kəndin 45 min nəfər sakini faydalanacaq. Ümumilikdə 2018-ci ildə dövlət investisiya layihələri də daxil olmaqla "Azərsu" ASC tərəfindən icra olunan layihələr çərçivəsində 21 rayonunun 46 yaşayış məntəqəsində 65 minədək sakinin içməli su təchizatı yaxşılaşdırılacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.