Ölkə

Musiqili Teatr "Formula 1" yarışmasına hazırdır

25 Aprel 2018 20:42
Baxış: 1 379
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

27-29 aprel tarixlərində Bakı şəhərində "2018 Formula 1 Azərbaycan Qran Prisi" baş tutacaq.

Azərbaycan Dövlət Musiqili Teatrı da ölkəmizdə 3-cü dəfə keçiriləcək dünyaca məşhur olan bu idman tədbirinə yüksək səviyyədə hazırlaşıb, yarış iştirakçılarının, şəhərimizin çoxsaylı qonaqlarının mədəni istirahətlərinin lazımi səviyyədə təşkil edilməsi ilə bağlı bütün təşkilati məsələləri həll edib.

Qurumun mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, Musiqili Teatr "Formula 1" həftəsində xüsusi repertuarla çıxış edəcək. "Ölkəmizin 27-29 aprel tarixlərində bu mötəbər idman yarışmasına 3-cü dəfə ev sahibliyi etməsi işimizdə məsuliyyətimizi artırır. Azərbaycan Dövlət Musiqili Teatrı sabahdan başlayaraq həftəsonuna qədər xüsusi repertuarla çıxış edəcək. Nümayiş olunacaq səhnə əsərləri - 26 aprel saat 19:00-da "Mənim günahım" (İ.Əfəndiyev), 27 apreldə "Ər və arvad" (Ü.Hacıbəyli), 28, 29 apreldə saat 19:00-da isə "Arşın mal alan" (Ü.Hacıbəyli) tamaşaları təqdim olunacaq. Bu əsərlər ingilis dilində tərcümə sətirlər vasitəsilə əcnəbi qonaqlarımıza göstəriləcək. Ümumiyyətlə, son illər teatrımız beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak etmək üçün ölkəmizə gələn qonaqları, turistləri yüksək səviyyədə qəbul edir, onların mədəni istirahətləri üçün lazım olan hər cür şərait yarada bilir. Əcnəbi qonaqların teatrımızla tanışlığı onlarda Azərbaycan mədəniyyəti və incəsənəti haqqında ən yüksək və xoş təəssüratlar oyadır", - deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.