Ölkə

“Socar Polymer” zavodlarının işə düşəcəyi tarix açıqlandı

23 Aprel 2018 16:03
0 Şərh     Baxış: 1 197
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Socar Polymer" layihəsi çərçivəsində polipropilen və polietilen istehsalı zavodları 2018-ci ilin ikinci və üçüncü rüblərində açılacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Downstream Xəzər və Mərkəzi Asiya - ticarət, logistika, neft emalı və neft-kimya" 3-cü Beynəlxalq forumu zamanı "SOCAR Polymer"in direktor müavini Fuad Əhmədov deyib.

F.Əhmədov qeyd edib ki, polipropilen zavodunun tikintisi 97,6 faiz başa çatıb və müəssisənin açılışı bu ilin iyun ayında gözlənilir. Polietilen zavodunun açılışı isə bu ilin üçüncü rübündə nəzərdə tutulub, zavodun tikintisinin 80,1 faizi başa çatıb:

""Socar Polymer" layihəsinin dəyəri 800 milyon dollar təşkil edir. Bu layihə polietilen və polipropilen məhsullarının istehsalına yönəlib. Bu məhsulların gələcəkdə Azərbaycanın daxili bazarında istifadəsi, eləcə də Türkiyə və MDB ölkələrinə ixracı nəzərdə tutulub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.