Son illəri Azərbaycanda milli-mənəvi dəyərlərin inkişaf dövrü kimi qiymətləndirmək olar - Hacı Şahin Həsənli
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son illəri müstəqil Azərbaycanın həyatında milli-mənəvi dəyərlərin və onlara diqqətin inkişafı dövrü kimi qiymətləndirmək olar. Bu illər ərzində Azərbaycanda İslam dini də daxil olmaqla bütün ənənəvi dinlərə, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafına dövlətin diqqət və qayğısı artıb.
Bu barədə Milli.Az-a açıqlamasında tanınmış və nüfuzlu ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli bildirib.
Onun sözlərinə görə, Azərbaycanda dini sahə ilə bağlı atılan addımlar nəinki ölkə daxilində, beynəlxalq səviyyədə yükək dəyərləndirilir: "Təkcə ötən 2 ilə nəzərə yetirsək, onların biri Azərbaycanda "Multikulturalizm İli", digəri isə "İslam Həmrəyliyi İli" elan edildi. Ölkədə vəhdət namazları qılındı və yenə də qılınır, İslam Həmrəyliyi Oyunları keçirildi. Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərindən biri də məhz müsəlman dövlətləri ilə münasibətləri yaxşılaşdırmaq, əməkdaşlığı genişləndirməkdir ki, buna da tədricən uğurla nail olunduğunun şahidiyik.
Bundan başqa istər Azərbaycanda yerli və beynəlxalq səviyyədə, istərsə də xarici ölkələrdə dini tolerantlıq və multikulturalizmlə bağlı silsilə mötəbər tədbirlər keçirildi və bu tədbirlərdə müxtəlif dövlətlərdən, o cümlədən, müsəlman ölkələrindən yüzlərlə nümayəndə iştirak etdi. Mən də o tədbirlərin bir çoxunda Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə iştirak etmişəm. Azərbaycandakı dinlərarası münasibətlər modeli onların əksəriyyəti üçün çox maraqlı idi. Əsrlər boyu müxtəlif din və məzhəb təmsilçiləri Azərbaycanda dinc və mehriban şəraitdə yaşayıb və yaşayır, aralarında da hər hansı ciddi problem yoxdur. Ona görə də bu model onlar üçün maraqlı və cəlbedici görünür. Xüsusilə də, dünyada din və məzhəb zəminində münaqişələrin, hətta qanlı müharibələrin baş verdiyi indiki dönəmdə Azərbaycanda heç bir problemin olmaması istər-istəməz diqqəti cəlb edir. Son illər bu modelin dünyaya tanıdılması üçün mühüm addımlar atılıb ki, fikrimcə bu çox düzgün yoldur.
Dəfələrlə qeyd olunub ki, Azərbaycan islamofobiyaya, bəzi Qərb dövlətlərində multikulturalizm əleyhinə səslənən təhlükəli fikirlərə qarşıdır, barış və birgəyaşayış tərəfdarıdır. Belə bir zamanda Azərbaycanın dünya miqyasında İslam dini haqqında müsbət fikir formalaşdırması istiqamətində atdığı addımlar təqdirəlayiqdir".
Hacı Şahinin fikrincə, məhz görülən məqsədyönlü tədbirlərin nəticəsidir ki, son illər xüsusən gənclərimizin dini və milli-mənəvi dəyərlərə marağının günbəgün artmasının şahidi oluruq: "Buna baxmayaraq, eyni zamanda, bəzi hallarda radikal cərəyanların nümayəndələri tərəfindən yaradılmış bu şəraitdən sui-istifadə etmək istəməsi cəhdləri də olur. Onlar mövcud dini əqidə, söz və fikir azadlığından istifadə edərək din pərdəsi altında öz baxışlarını, ideyalarını insanların beyninə yeritməyə, yanlış istiqamətə yönəltməyə çalışırlar. Amma bütün cəhdlərə baxmayaraq, onlar Azərbaycanda istəklərinə nail ola bilmədilər. Artıq onlara qoşulanların sayında da kəskin şəkildə azalma müşahidə edilir. Bu isə ölkədə dini maarifləndirmə istiqamətində görülən çoxsaylı işlərin nəticəsidir. Dini maarifləndirmə tədbirləri insanların, xüsusən, gənclərin həqiqi İslam dini ilə yaxından tanış olmasına, bilgilənməsinə zəmin yaradır.
Ümumilikdə götürəndə insanların dinimizə münasibətində müsbət tendensiya müşahidə edilir. Artıq dinə qayıdış hiss olunur. Düzdür, bu proses SSRİ-nin dağılması ərəfəsində başlanıb, lakin müstəqillik dönəmində, xüsusilə, son illər daha da güclənib ki, bunu da çox yüksək dəyərləndirmək lazımdır. Çünki yalnız mənəviyyatı saf və intellekti yüksək olan gənclik Azərbaycanın işıqlı gələcəyini qura bilər".
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Əminə Şirinin səhhətində problem yarandı: "3 gün ayağa qalxa bilmədim" - (Video)
-
"Şəki yaylası"nda problem dəfələrlə olurmuş... - Görüntülər yayıldı - (Video)
-
Bakı metrosunda xətlər üzrə hərəkətlə bağlı mühüm yenilik
-
Hava yenə dəyişir: Leysan, dolu... - Proqnoz
-
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
-
Məşhur türk müğənni reanimasiyaya yerləşdirildi
XƏBƏR LENTİ
-
Əminə Şirinin səhhətində problem yarandı: "3 gün ayağa qalxa bilmədim" - (Video)
-
"Şəki yaylası"nda problem dəfələrlə olurmuş... - Görüntülər yayıldı - (Video)
-
Bakı metrosunda xətlər üzrə hərəkətlə bağlı mühüm yenilik
-
Xames Rodrigesin yeni klubu bəlli oldu
-
Hava yenə dəyişir: Leysan, dolu... - Proqnoz
-
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
-
Məşhur türk müğənni reanimasiyaya yerləşdirildi
-
AKİ-yə sədr seçildi
-
O məni yalandan istədi - Nigar Tofiq
-
Azərbaycan Avtomobil Federasiyası adından saxta elektron məktublar göndərilib
-
Harri Keyn nadir rekordu təkrarladı
-
40 mindən çox keçmiş məcburi köçkün artıq Qarabağa qayıdıb - Hikmət Hacıyev
-
Qızıl almaq istəyənlərin diqqətinə
-
Useyn Bolt 13 il sonra sevgilisinə evlilik təklifi etdi: 3 uşaqları var - (Foto)
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Azərbaycanda rəis müavinini elektrik cərəyanı vuraraq öldürdü
-
İlon Maskın 13-cü övladının anası 40 milyon dollarlıq təklifi rədd etdi
-
Diplomatik korpusun nümayəndələri Xankəndiyə çatıblar - (Video/Foto/Yenilənib)
-
İran Prezidenti Hindistana getdi
-
Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər
-
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
-
Məşhur “Şaban” yenidən ekranlarda qayıdır
-
Sonaxanım polisə müraciət etdi
-
Formula 1 10 il - Turizmə və biznesə töhfəsi - (Fotolar)





