Ölkə

DTX və DİN-dən birgə əməliyyat - Təhlükəli maddə satanlar tutuldu - VİDEO - FOTO

14 Fevral 2018 14:26
0 Şərh     Baxış: 2 241

İnsan sağlamlığına güclü təsir göstərən zərərli kimyəvi maddə hesab edilən civə satmaq istəyən şəxslər saxlanılıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsi və DTX-nın yerli idarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat nəticəsində Ağcəbədi rayon sakinləri, Tuqay İmanov, Adəm İsmayılov və əvvəllər məhkum olunmuş Hacı Qurbanov 400 qram civəni satmaq istəyən zaman cinayət başında saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, əvvəlcə A.İsmayılov onda civə olması barədə digər dəstə üzvlərinə məlumat verib. 

Daha sonra H.Qurbanov həmin civəyə müştəri tapıb satmağı və əldə edilən pulu 3 nəfər arasında bölməyi təklif edib.

Qeyd edilən faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, civədən təbabətlə yanaşı hərbi məqsədlər üçün, eləcə də rabitədə də geniş istifadə edilir.

Pünhan Mirzə

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Civə satmaq istəyən dəstə üzvləri DANIŞDILAR

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.