Ölkə

Azərbaycanda 4 günün gəlini öldü

12 Fevral 2018 15:40
4 Şərh     Baxış: 8 137

Zaqatalada 4 günün gəlini zəhərlənərək ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Suvagil kəndində qeydə alınıb.

Dörd gün əvvəl kəndə gəlin gələn, 1994-cü il təvəllüdlü Naimə Zahid qızı Eminovanın vəziyyəti qəfildən pisləşib, o, xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, N. Eminova xəstəxanada ölüb.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, N. Eminova xəstəxanaya daxil olarkən ona ilkin olaraq qida zəhərlənməsi diaqnozu qoyulub. Lakin ölümün səbəblərini müəyyən etmək üçün tibbi ekspertiza təyin edilib.

Ekspertizanın rəyi açıqlandıqdan sonra ölümün dəqiq səbəbləri məlum olacaq.

Faktla bağlı Zaqatala rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Molla baci · 12 Fevral 16:2120

    Allah rehmet etsin

    Cavab yaz
  • Anonim
    Yağmur-S · 12 Fevral 16:4110

    Heyf genc yaşında...Allah rehmet elesin.ölmeli insanlar qalıb qıraqda .......

    Cavab yaz
  • Anonim
    man · 12 Fevral 16:5520

    toya evval gadarindan artig yemak bisirilir sonra artig galan eva gatirilir azi bes gun yeyilir buda sonra naticasi na isa allah rahmat etsin

    Cavab yaz
  • Anonim
    ses · 12 Fevral 20:1410

    Allah rehmet elesin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.