Ölkə

Bunları etmədən "prava" dəyişə, maşını qeydiyyatdan keçirə bilməzsiz

15 Dekabr 2017 11:47
1 Şərh     Baxış: 6 118
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün "Yol hərəkəti haqqında" Qanuna maraqlı dəyişikliklər edilir.

Milli.Az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.

Ekspert yeniliyin nədən ibarət olduğunu belə izah edib: "Ən əsas yenilik odur ki, bu dəyişiklik qüvvəyə mindikdən sonra avtomobilini qeydiyyatdan (o cümlədən, addan-ada keçirdərkən), texniki baxışdan keçirərkən və sürücülük vəsiqəsini dəyişərkən adamın yol hərəkəti qaydalarını pozmağa görə qanuni qüvvəyə minmiş və ödənilməmiş cərimələri varsa, bu cərimələr tam ödənilmədən həmin hərəkətlər edilməyəcək. Yəni, qanuni qüvvəyə minmiş və ödənilməmiş cəriməsi olanlara cərimə ödənilməyənədək avtomobilin qeydiyyatından imtina ediləcək, texniki baxış talonu verilməyəcək, sürücülük vəsiqəsi dəyişdirilməyəcək".

Ona görə də sonradan problemlə üzləşməmək üçün ekspert yol hərəkəti qaydalarını pozmamağa, pozduqda da cəriməni vaxtında ödəməyə çağırıb.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.