Ölkə

Sahibkarlara ŞAD XƏBƏR: müddət uzadılır

19 Oktyabr 2017 11:49
Baxış: 1 352
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda sahibkarlıq sahəsinin yoxlanılmasına moratoriumun müddəti 2021-ci ilədək uzadılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, komitə sədri əlavə edib ki, qanuna yeni maddə də əlavə edilib: "Elə sahələr var ki, bu sahələr iqtisadi, dövlət, qida təhlükəsizliyi ilə bağlıdır. Ona görə, qanunun tətbiq dairəsi adlanan ikinci maddədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi, qida məhsullarına təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar ayrıca maddə kimi əlavə olunub. Bu, çox vacib məsələdir".

Qeyd edək ki, Azərbaycanda sahibkarlıq sahəsinin yoxlanılması 2015-ci il noyabrın 1-dən dayandırılmışdı. Moratoriumun müddəti iki il təşkil edir və bu ilin noyabrında başa çatır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.