Ölkə

DİQQƏT! İki gün maqnit qasırğası olacaq

10 Oktyabr 2017 13:42
12 Şərh     Baxış: 6 352
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabrın 13-ü Yerdə güclü maqnit qasırğası başlayacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qasırğa iki gün, oktyabrın 14-dək davam edəcək.

Bundan başqa, qasırğadan əvvəl - oktyabrın 11-12-də, eləcə də oktyabrın 15-də Yerin maqnitosferinin qasırğanın təsiri altında olacağı bildirilir.

Maqnit qasırğasının elektron qurğuların, xüsusilə rabitə vasitələrinin işinə təsir edəcəyi gözlənilir.

Bu qasırğanın meteohəssas insanlara da təsirsiz ötüşməyəcəyi bildirilir.

Qeyd edək ki, bundan öncə ötən ay sentyabrın 4-də Günəşdə baş vermiş güclü partlayış nəticəsində Yerdə ardıcıl maqnit qasırğaları baş vermişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.