Ölkə

"26" kafesinin icarədarı həbs olundu - FOTO

14 Sentyabr 2017 14:35
6 Şərh     Baxış: 3 033
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün əvvəl fəaliyyəti dayandırılmış "26" kafesinin icarədarı həbs olunub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Səbail rayon Məhkəməsinin qərarı ilə kafenin icarədarı Ramin Məmmədov 20, kafenin digər işçisi Həmid Əfəndiyev isə 25 sutka inzibati qaydada həbs ediliblər.
 
Qeyd edək ki, sentyabrın 8-də Bakının Səbail rayonu ərazisində, "Sahil bağı" (keçmiş "26 Bakı Komissarı" bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən "26" - "Twenty six" adlı kafe Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun iştirakı ilə bağlanıb.
 
H. Abutalıbov həmin gün jurnalistlərə açıqlamasında bildirib ki, Bakının mərkəzində "26" adlı kafenin açılması yolverilməzdir: "Azərbaycanlıların soyqırımını təşkil edən qatillərin havadarları təəssüf ki, bu gün də yaşayırlar. Bunun nəticəsidir ki, Yazıçılar İttifaqının binasının bir hissəsi icarəyə götürüb, "26" sözünü nəinki Azərbaycan, hətta ingilis  dilində də yazmağa cürət ediblər. Qoy, burada yaşayan erməni havadarları da başa düşsün ki, nə qədər Azərbaycan xalqı var, erməni daşnaklarına Azərbaycanda yer yoxdur".
 
H. Abutalıbov obyektin icarədarları və havadarlarının qanuna müvafiq olaraq cinayət məsuliyyətinə cəlb olunacaqlarını da bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.