Ölkə

Azərbaycanda neft emalı sahəsinin modernləşdirilməsi benzinin keyfiyyətini artıracaq

17 İyul 2017 11:12
Baxış: 1 197
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanın neft emalı sahəsinin modernləşdirilməsi istehsal edilən benzinin keyfiyyətini artıracaq".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın neft emalı üzrə vitse-prezidenti Davud Məmmədov AzTV telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda istehsal edilən benzin Avro-2 standartlarına cavab verir.

D.Məmmədov deyib: "MDB ölkələrində yalnız bizdə hələ belə benzin istehsal edilir. Başqaları artıq neft emalı sahəsində müəyyən işlər görüblər və benzinin keyfiyyətini artırıblar. Biz ilk növbədə diqqəti dizelin keyfiyyətinin artırılmasına yönəltmişik və hazırda dizelimiz Avro-4 standartlarına cavab verir.

SOCAR-ın neft emalı üzrə vitse-prezidenti qeyd edib ki, benzinin aşağı keyfiyyətinin ekologiya və insanların səhhətinə pis təsir etdiyini vurğulayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.