Saxta endirimlərlə necə mübarizə aparmalı? - Yeni təklif var
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məhsulun çek və qaiməsinin üzərində sonuncu qiymətlə yanaşı, əvvəlki qiyməti də əks olunmalıdır.
Mövsümi dəyişikliklərlə bağlı Bakının müxtəlif mağazaları, ticarət obyektlərinin vitrinlərində yüksək faizli endirimlərin tətbiq olunduğuna dair yazılara rast gəl bilərik. Bəzən guya 50-60 və hətta 70-80 faiz civarında endirimlərin edildiyinə belə rast gəlmək mümkündür. Amma bu endirimlər nə dərəcə də realdır?

Milli. Az xəbər verir ki, məsələ ilə əlaqədar İstehlakçıların Maarifləndirilməsi və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri, istehlaçıların hüquqları üzrə ekspert Azər Sərdarov bildirib ki, saxta endirimlər istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyə ziddir. Onun sözlərinə görə, saxta endirimlər qiymətlərin süni artırılması kateqoriyasına aiddir, çünki bu halda istehlakçılar aldadılır:

"Ona görə də bütün ticarət obyektləri endirim və ya reklam elan edən zaman endirimin hansı mallara şamil olunduğunu dəqiq göstərməlidirlər. Eyni zamanda, qiymətlərin monitorinqi aparılmalıdır. Məhsulların real qiymətləri müəyyənləşdirilməlidir. İndi mağazalar ən yüksək endirimi elan edirlər, əslində isə bu qanuna ziddir. Çünki qanunvericilik imkan vermir ki, onlar ən yüksək endirimi reklam kimi istifadə etsin. Bu, süni şəkildə istehlakçıları cəlb etmək və onları aldatmaq deməkdir".

A.Sərdarovun fikrincə, problemdən çıxış yolu kimi belə hallara qarşı qanunvericilikdə dəyişiklik edilməli və ya yeni qanun qəbul edilməlidir: "Həmin qanun çərçivəsində saxta endirim hallarına qarşı mübarizə aparılmalıdır. İqtisadiyyat Nazirliyi xüsusilə iri ticarət obyektlərində qiymətlərin monitorinqini aparmalı, endirimin nə dərəcədə real olduğunu müəyyənləşdirməlidir".

Ekspert əlavə edib ki, satılan məhsulun qəbz və qaiməsinin üzərində sonuncu qiymətlə yanaşı, əvvəlki qiymətin əks olunmasına da ehtiyac var ki, endirimlərin real nə qədər olduğunu görmək mümkün olsun.
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
DİGƏR XƏBƏRLƏR
-
Bakının mərkəzində piyadanı maşın vurdu - (Foto)
-
İranla sərhədimizdə PUA məhv edildi
-
Ayın 3-də şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
Dərsə gəlməyən şagirdlər attestat ala bilməyəcək? - Rəsmi açıqlama
-
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunur?
-
Binə qəsəbəsində evlər sökülür: Kvadratmetrinə 1200 manat verilir
XƏBƏR LENTİ
-
“Fənərbağça”nın yeni baş məşqçisi bəlli oldu
-
Bakının mərkəzində piyadanı maşın vurdu - (Foto)
-
Tarixdə ən gənc "Formula-1" çempionu oldu
-
"Vikinq" – "Sabah" matçını hansı hakim idarə edəcək?
-
İranla sərhədimizdə PUA məhv edildi
-
Ayın 3-də şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - (Video)
-
Dərsə gəlməyən şagirdlər attestat ala bilməyəcək? - Rəsmi açıqlama
-
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
-
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunur?
-
Binə qəsəbəsində evlər sökülür: Kvadratmetrinə 1200 manat verilir
-
Kiyevdə elektrik enerjisi kəsildi, nəqliyyat iflic oldu
-
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər
-
Bu ərazilərdə ev almaq istəyənlər tələssin - dəmir yolu qiymətləri dəyişəcək
-
Qarabağda bir ayda 799 mina, 3 mindən çox sursat tapıldı
-
Keçən il 3 manat idi - Qiyməti kəskin düşdü
-
Saatda 15 meteor görünəcək - Tarix və saat açıqlandı
-
Azərbaycanla bağlı dezinformasiya yayılır - Media və Yayım Şurasından xəbərdarlıq
-
"Araz Supermarket" barədə protokol tərtib olunub
-
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
-
Bakıda piyadalar üçün yenilik - İki küçədə hərəkət qaydası dəyişdi
-
Efirə zəng edən qadının sözləri Elgizi özündən çıxardı - (Video)
-
200 min manatlıq rüşvət işi məhkəməyə göndərildi - 3 vəzifəli şəxs həbs edildi
-
60 santimetr uşaq saç 300 manata satılır: Pul qazanmaq, yoxsa istismar?





