"Azərbaycan uğur qazanır, amma əlavə tədbirlərə ehtiyac var"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsi kifayət qədər əhəmiyyətli olub. Azərbaycan üçün qeyri-neft ixracatı prinsipial məsələdir və postneft dövrünün də hədəfləri qeyri-neft sektorunun ixrac qabiliyyətini artırmaqdan və mövcud potensialdan tam istifadə edərək buna nail olmaqdan ibarətdir".
Bu barədə Milli.Az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsinin yekunlarını şərh edərkən deyib.

İqtisadçının fikrincə, artıq bu istiqamətdə müəyyən uğurlar var: "İxracat baxımdan 2017-ci ilin birinci rübünün rəqəmləri ürəkaçandır. Çünki ölkənin ixracatı ümumilikdə 50 faiz artıb, qeyri-neft ixracatında 10 faizdən çox artım var. Həmçinin xaricdən idxal 17 faiz azalıb. Hədəf ondan ibarətdir ki, qeyri-neft məhsullarının ixracı artırılsın və buna uyğun olaraq idxalın azalması baş versin. Çünki idxalın azalması da iqtisadiyyatımızda olduqca vacibdir. Belə ki, bu ölkədən valyuta çıxışının qarşısını alır. Azərbaycan kənardan nə qədər az məhsul almağa nail olursa, bir o qədər çox valyutanın ölkədə qalmasına nail ola bilir. Ona görə də idxalın azalması da prioritetdir. Nəticə etibarilə postneft dövrünün hədəfləri də ondan ibarətdir ki, ölkədə daha çox valyuta olsun. Qeyri-neft sektorunun inkişaf etməsi və ixrac qabiliyyətinin artırılması ölkəyə daha dayanıqlı, eyni zamanda xarici faktorlardan asılı olmayan valyuta axınını təşkil edə bilər".

V.Bayramov hesab edir ki, zamanla da olsa, qeyri-neft məhsullarının ixracdakı ümumi payı daha çox olmalıdır: "İqtisadi şaxələndirmə strateji hədəfdir. Azərbaycan makroiqtisadi göstəricilərdə buna nail olmağa çalışır. ÜDM-də qeyri-neft sektorunun payı 65 faizdir. Bu isə şaxələndirmə ilə bağlı əldə olunan uğurlardan xəbər verir. Dövlət büdcəsi gəlirlərində Dövlət Neft Fondunun və bütövlükdə neft sektorunun payı 60 faiz, qeyri-neft sektorunun payı isə 40 faiz təşkil edir. Burada da diversifikasiyaya qismən nail olunub. Büdcə gəlirlərinin formalaşmasında da qeyri-neft sektorunun payının artırılması hədəfdir və bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsinə ehtiyac var. Amma müşavirədə də qeyd olunduğu kimi, ən çox diqqət tələb edən sektor məhz qeyri-neft ixracatının artırılmasıdır. Azərbaycanda hələ də ümumi ixracatın 86 faizini neft və neft məhsulları təşkil edir. Yəni qeyi-neft məhsullarının payı cəmi 14 faizdir. Ona görə də növbəti illərdə qeyi-neft məhsullarının ixracatdakı payını ən azından 50 faizədək qaldırmaq lazımdır. Təbii ki, bu, zaman tələb edəcək, amma strateji olaraq buna mütləq nail olunmalıdır".

Ekspertin fikrincə, əlavə olaraq bəzi tədbirlər də həyata keçirilməlidir: "Burada çox vacib məqamlardan biri idxal-ixrac üçün tələb edilən prosedurların, eləcə də günlərin sayının azalmasından ibarətdir. Dünya Bankının bizneslə məşğul olmaya dair hesabatına diqqət yetirsək, orada Azərbaycanın nisbətən aşağı bal aldığı istiqamətlər idxal və ixracla bağlıdır. Çünki prosedurların və tələb edilən günlərin sayı lazım olduğundan çoxdur. Azərbaycanda ixracata subsidiya tətbiq edilib. Bu isə ixracın stimullaşdırılması və təşviqi baxımından çox vacib islahatdır. Eyni zamanda prosedur və günlərin sayı da azaldılmalıdır ki, sahibkarlar daha az enerji və vaxt sərf etməklə öz məhsullarını xarici bazara çıxarmaq imkanına malik olsunlar. Həmçinin, aqrar sektorda çalışan və öz məhsullarını xarici bazara çıxaran sahibkarlara, fermerlərə logistik dəstək gücləndirilməlidir. Bu, məhsulların yalnız ənənəvi deyil, həm də yeni bazarlara çıxarılması üçün çox vacibdir. Əslində müşavirədə də qeyd edilən əsas məsələlərdən biri məhz yeni bazarlara çıxış imkanlarının artırılması ilə bağlıdır. Körfəz ölkələri kimi alıcılıq qabiliyyəti, eləcə də kənd təsərrüfatı məhsullarına tələbatı yüksək olan bir bazar var. Həmçinin 500 milyon istehlakçısı olan Avropa Birliyi dünyanın alıcılıq qabiliyyəti baxımından ən böyük bazarıdır. Bu bazarlara çıxış imkanları genişləndirilməlidir. Logistik dəstəklə yanaşı standartların uyğunlaşdırılması və beynəlxalq standartların tətbiq edilməsi də qeyri-neft ixracatı üçün əhəmiyyətli məsələlərdəndir. Ümumilikdə ixracata dövlət dəstəyi, xüsusən də ixracla məşğul olan sahibkaraların təşviqi davam etdirilməlidir. Bunlar olsa, o zaman qeyri-neft ixracatının ümumi ixracatdakı payının artmasını yaxın illərdə müşahidə edə bilərik"
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
DİGƏR XƏBƏRLƏR
-
Dərmanları hər gün eyni vaxtda içmək niyə vacibdir?
-
Prezident İlham Əliyev "Maliyyə icarəsi haqqında" qanunu təsdiqləyib
-
82 yaşlı "Firdevs hanım"ın son halı - (Foto)
-
Ali Məhkəmə daşınmaz əmlakın geri qaytarılması şərtlərinə aydınlıq gətirdi
-
İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
250 tələbədən 46 min manat yığıldı - BDU-nun məzun gecəsi son anda ləğv edildi
XƏBƏR LENTİ
-
Dərmanları hər gün eyni vaxtda içmək niyə vacibdir?
-
Prezident İlham Əliyev "Maliyyə icarəsi haqqında" qanunu təsdiqləyib
-
82 yaşlı "Firdevs hanım"ın son halı - (Foto)
-
Rusiyada iki neft emalı zavoduna zərbələr endirilib
-
Azərbaycan Suriyada 10 yeni məktəb tikəcək
-
Ötən gün 62 cinayətin üstü açılıb
-
Diabet riski yüksək olan qan qrupu açıqlandı
-
Azərbaycan Venesuelaya başsağlığı verdi
-
Xameneinin yerinə qərarları kim verir?
-
Ermənistan hökumətinin tərkibində dəyişiklik olacaq?
-
Ali Məhkəmə daşınmaz əmlakın geri qaytarılması şərtlərinə aydınlıq gətirdi
-
İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
250 tələbədən 46 min manat yığıldı - BDU-nun məzun gecəsi son anda ləğv edildi
-
Kilosu 20 qəpiklik pomidor Bakıda niyə 2 manata satılır?
-
Neymar 980 gündən sonra Braziliya millisində meydana qayıtdı
-
"Santa Barbara"nın ulduzu çətin vəziyyətdə - Ağır xəstəliyə tutuldu
-
44 ailə doğma yurdlarına geri qaytarılıb - Yenilənib
-
II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı iyulun 5-də keçiriləcək
-
126 ilin ən güclü zəlzələsi: Venesuelada əsrlik rekord qırıldı - (Foto)
-
Qobustanda yol polisindən yayınan sürücü həbs edildi - (Video)
-
Telefonlarda ekran qoruyucuları gözlərə zərər verə bilər
-
Novxanı çimərliyində xəndəklər qazılıb:Sürücülərin yolu kəsilib
-
Tramp Venesuela zəlzələsi ilə bağlı təcili yardım göstərişi verdi
-
Rayonlarda milyonluq həyat: villaların qiyməti 1 milyon manatı keçir





