Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına biletlərin satışına başlanıldığı martın 19-dan bu günədək 40 mindən çox bilet satılıb.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov bilidirib.
O qeyd edib ki, ümumilikdə yarışı izləməyə görə bütün arenalar üçün 500 min bilet satışa çıxarılıb: "Hazırda şəhərin bütün nöqtələrində bilet satışı davam edir. Açılış mərasimi üçün 30 min, bağlanışa isə 60 min bilet artıq satışdadır".
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda keçiriləcək.
Milli.Az