Sabirabadda yararsız ət aşkarlanıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sabirabad rayonunun Xəlfəli kəndində baytarlıq baxışı keçirilib.
Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Trend-ə verilən məlumata görə, qurumun mütəxəssisləri tərəfindən Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Sabirabad rayonunun Xəlfəli kəndində heyvandarlıq məhsullarına baytarlıq baxışı keçirilib və məhsullardan baytarlıq laboratoriyasında müayinə üçün nümunələr götürülüb.
Baytarlıq baxışı zamanı Sabirabad rayonu, Xəlfəli kənd sakini Şahverdiyev Əlifxan Salamulla oğluna məxsus evin həyətində qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim yeri (sallaqxana) aşkar edilib. Eyni zamanda evin həyətində olan Şahverdiyev Əlifxana məxsus "Qazel" markalı 54-BL-414 dövlət qeydiyyat nişanlı yük avtomobilində antisanitar şəkildə, döşəməyə səpələnmiş vəziyyətdə 12 ədəd şaqqalara bölünmüş çəkisi 375 kq olan heyvan əti, evin qarajında yerə atılmış vəziyyətdə 3 ədəd şaqqalara bölünmüş çəkisi 55 kq olan heyvan əti, tövlədə tavandan asılmış vəziyyətdə 6 ədəd şaqqalara bölünmüş çəkisi 120 kq olan heyvan əti və 50 kq çəkisi olan 3 baş xırdabuynuzlu heyvan cəmdəyi, primitiv, antisanitar şəraitdə olan heyvan kəsim yerində (sallaqxanada) 1 ədəd iribuynuzlu heyvanın başı, dərisi, 4 ədəd ayağı və daxili orqanı aşkar olunub.
Ümumi çəkisi 600 kq olan, 21 ədəd şaqqalara bölünmüş heyvan cəmdəklərinin və 3 baş xırdabuynuzlu heyvan cəmdəyinin, baş-ayaq və daxili orqanının mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmamış, ətin üzərinə baytarlıq müayinəsindən keçməsini bildirən möhür vurulmayıb.
Hissələrə bölünmüş heyvan cəmdəklərinin və daxili orqanın orqanoleptik göstəriciləri qida üçün yararlığı şübhə doğurduğundan onlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Laboratoriya müayinələrinin nəticələri məlum olana kimi 600 kq heyvan cəmdəyi, 3 baş qoyunun cəmdəyi, 1 ədəd iribuynuzlu heyvanın başı, dərisi, 4 ədəd ayağı və daxili orqanı Sabirabad rayonu, Xəlfəli kənd sakini Ə.S.Şahverdiyevə məxsus olan "Qazel" markalı 54-BL-414 dövlət qeydiyyat nişanlı yük avtomobilinə yığılaraq müvəqqəti saxlamaq üçün komissiyanın iştirakı ilə Sabirabad Rayon Baytarlıq İdarəsinin təşkil etdiyi soyuducu kameraya yerləşdirilərək möhürlənib.
Baytarlıq baxışı zamanı aşkar edilən heyvan cəmdəklərindən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərar qəbul ediləcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakının mərkəzində piyadanı maşın vurdu - (Foto)
-
İranla sərhədimizdə PUA məhv edildi
-
Ayın 3-də şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
Dərsə gəlməyən şagirdlər attestat ala bilməyəcək? - Rəsmi açıqlama
-
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunur?
-
Binə qəsəbəsində evlər sökülür: Kvadratmetrinə 1200 manat verilir
XƏBƏR LENTİ
-
“Fənərbağça”nın yeni baş məşqçisi bəlli oldu
-
Bakının mərkəzində piyadanı maşın vurdu - (Foto)
-
Tarixdə ən gənc "Formula-1" çempionu oldu
-
"Vikinq" – "Sabah" matçını hansı hakim idarə edəcək?
-
İranla sərhədimizdə PUA məhv edildi
-
Ayın 3-də şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - (Video)
-
Dərsə gəlməyən şagirdlər attestat ala bilməyəcək? - Rəsmi açıqlama
-
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
-
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunur?
-
Binə qəsəbəsində evlər sökülür: Kvadratmetrinə 1200 manat verilir
-
Kiyevdə elektrik enerjisi kəsildi, nəqliyyat iflic oldu
-
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər
-
Bu ərazilərdə ev almaq istəyənlər tələssin - dəmir yolu qiymətləri dəyişəcək
-
Qarabağda bir ayda 799 mina, 3 mindən çox sursat tapıldı
-
Keçən il 3 manat idi - Qiyməti kəskin düşdü
-
Saatda 15 meteor görünəcək - Tarix və saat açıqlandı
-
Azərbaycanla bağlı dezinformasiya yayılır - Media və Yayım Şurasından xəbərdarlıq
-
"Araz Supermarket" barədə protokol tərtib olunub
-
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
-
Bakıda piyadalar üçün yenilik - İki küçədə hərəkət qaydası dəyişdi
-
Efirə zəng edən qadının sözləri Elgizi özündən çıxardı - (Video)
-
200 min manatlıq rüşvət işi məhkəməyə göndərildi - 3 vəzifəli şəxs həbs edildi
-
60 santimetr uşaq saç 300 manata satılır: Pul qazanmaq, yoxsa istismar?





