Ölkə

Namaz təqvimi dəyişəcək

18 Mart 2016 14:42
4 Şərh     Baxış: 4 587
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) namaz təqvimi ilə bağlı əhaliyə müraciət edib. İdarənin məbuat xidmətindən verilən məlumata görə, Nazirlər Kabinetinin qərarı ilə bu ildən etibarən yay vaxtına keçidin ləğv olunması ilə bağlı QMİ-nin saytında təqdim olunan namaz vaxtları cədvəllərində 27 mart 2016-cı il tarixdən başlayaraq bütün namaz vaxtlarından 1 saat çıxılmalıdır. 

Milli.Az faktxeber.com-a istinadən bildirir ki, cədvəldə Bakı şəhəri üçün 27 mart tarixinə göstərilmiş sübh azanı vaxtı 06:12-dir. Bu göstəricidən 1 saat çıxırıq (06:12 - 01:00) və həmin tarixdə Bakı üçün sübh azanı vaxtını müəyyən edilir (05:12) .

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.