"İlkin ödənişsiz", "Faizsiz" kampaniyanın fırıldağı - Diqqətli olun - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Artıq yeni ilə sayılı günlər qalıb, telefonumuza gələn "bayram endirimləri" mesajlarının da hər gün sayı artır. Elə onlardan biri də elektron məhsullar, məişət avadanlıqları və mebel satışı ilə məşğul olan "Kontakt Home" mağazalar şəbəkəsindən idi.
Bəlkə, çoxumuz o mesajları oxumadan silirik, amma elə oxucularımız da var ki, endirim fürsətindən yararlanmaq istəyir. Onlardan biri də Çingiz Əliyevdir.
"Qafqazinfo" xəbər verir ki, Çingiz Əliyev də ötən həftə bu halla qarşılaşıb. Onun telefonuna "Kontakt Home"dan endirim kampaniyası ilə bağlı mesajı gəlib.
Mesajda yazılıb: "Telefon! TV! Kompüter! Məişət texnikası! İLKİN ÖDƏNİŞSİZ! 12 ay FAİZSİZ! "Samsung" , "LG", "Sony", "HP", "Philips" və s. özün seç. 10 Yanvaradək. Ətraflı: (012) 533****"
Çingiz Əliyev mesajı oxuduqdan sonra mağazaya gedir və adı endirim siyahısında olan "LG" markasından bir telefon istəyir. Satıcı ona bildirir ki, həmin telefonun qiyməti 759 manatdır, 11 ay müddətinə kreditə verilir, aylıq ödəniş isə 99 manat təşkil edir.
Oxucu haqlı olaraq sual verir ki, əgər telefon mesajda yazıldığı kimi ilkin ödənişsiz və faizsizdirsə, niyə 11 ayın sonunda 1089 manata başa gəlir? Mağazadan isə ona bildiriblər ki, bu kampaniya sadəcə məişət əşyalarına aiddir.
Biz də məsələni araşdırmaq üçün "Kontakt Home"un baş ofisi ilə əlaqə saxladıq. Diqqətimizə çatdırdılar ki, eynən mesajda qeyd olunan şərtlər əsasında "LG" telefonu əldə edə bilərik. Biz də fürsət düşmüşkən, həm oxucunun problemi ilə, həm də telefon qiymətləri ilə maraqlanmaq üçün sözügedən məkana baş çəkdik.
Məlum oldu ki, hər şey nə mesajda yazıldığı kimidir, nə də telefonda deyildiyi kimi...
Biz isə şirkətin elan etdiyi kampaniyanı dəfələrlə xatırladaraq seçdiyimiz telefonu faizsiz kreditlə almaq istədiyimizi bildirdik. Sözümüzü təsdiqləyən satış məsləhətçisi bizə sözügedən markanın telefonunu sata biləcəyini dedi. Məsələ hesaba gəlincə isə aydın oldu ki, 759 AZN dəyəri olan malın qiyməti yenə fərqli başa gəlir: 11ay x 99AZN =1089 AZN. Səbəbini soruşanda isə bu modelin kampaniyaya tək deyil, saatı ilə birlikdə daxil olunduğunu və qiymətin də saatla bərabər hesablandığını diqqətimizə çatdırdılar.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
55 yaşlı Xalq artisti gözəlliyi ilə göz oxşadı - (Video)
-
"28 May" stansiyasının fəaliyyəti olduğu kimi qalacaq, lakin Yaşıl xətt üzrə qatarların hərəkət prinsipi dəyişdirilir"
-
Güclü külək, leysan, şimşək - Bazar gününün havası
-
Corcinanın nişan üzüyü yenidən gündəmdə - Qiyməti nə qədərdir? - (Foto)
-
“Amay”da öldürülən şirkət rəhbərinin FOTOları
-
“28 May”da vəziyyət necədir? - (Foto-Video)
XƏBƏR LENTİ
-
55 yaşlı Xalq artisti gözəlliyi ilə göz oxşadı - (Video)
-
"28 May" stansiyasının fəaliyyəti olduğu kimi qalacaq, lakin Yaşıl xətt üzrə qatarların hərəkət prinsipi dəyişdirilir"
-
ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama
-
Güclü külək, leysan, şimşək - Bazar gününün havası
-
Corcinanın nişan üzüyü yenidən gündəmdə - Qiyməti nə qədərdir? - (Foto)
-
“Amay”da öldürülən şirkət rəhbərinin FOTOları
-
“28 May”da vəziyyət necədir? - (Foto-Video)
-
Haalandın fotosu olan bağlamalardan 469 kilo kokain çıxdı (Foto)
-
Rubioya Ağ Evdən orijinal ad günü hədiyyəsi - (Foto)
-
Şəhidin qardaşı vəfat etdi
-
Bakıda TIR aşdı - (Foto)
-
Almaxanımın həyat yoldaşı ilə səmimi anları - (Video)
-
Azərbaycanlı müğənni küçədə döyüldü - (Foto)
-
Xaçmazda iki ata övladını bıçaqladı
-
Azərbaycanda benzin və dizel bahalaşır?
-
Məktəblər bu tarixdə başlayacaq
-
Ərdoğan: Böyük Türkiyə gəlir, tarix yenidən yazılır
-
Roza Zərgərli onun ifasını eşidib ağladı - (Video)
-
Evdən 21 yaşlı qızın meyiti tapıldı
-
Avropa çempionu olmuş italıyalı karyerasını bitirdi
-
Bakıda mağazanın tavanı uçdu - Qadın yaralandı - (Video)
-
Həsən Osmanov vəfat etdi
-
Əməkdar artistin arxiv fotosu yayıldı
-
Azərbaycan Premyer Liqası: Son çempion "Sabah" ilk oyununa çıxır





