Ölkə

Şəki paytaxt elan edildi

26 Noyabr 2015 19:05
29 Şərh     Baxış: 4 165

Şəki şəhəri 2016-cı il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunub.

2015-ci ildə Türkmənistanın Marı şəhərində TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının növbəti 33-cü toplantısı öz işinə başlayıb. Toplantıda ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Toplantı çərçivəsində ötən il həyata keçirilmiş layihələrə dair TÜRKSOY Baş katibinin hesabatı dinlənilib, 2016-cı il üçün tədbirlər planı təsdiqlənib.

Milli.Az xəbər verir ki, Nazirlikdən AZƏRTAC-a bildirilib ki, toplantıda çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev TÜRKSOY təşkilatı tərəfindən həyata keçirilən "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsinin əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın qədim tarixi və mədəni mərkəzlərindən biri olan Şəki şəhərinin 2016-cı il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı Azərbaycan tərəfinin təklifinin TÜRKSOY təşkilatı tərəfindən nəzərdən keçirilməsini xahiş edib.

Vurğulayıb ki, füsunkar təbiəti, nadir tarix-memarlıq abidələri, inkişaf etmiş sənətkarlığı, zəngin irsinin qorunması nəticəsində bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilmiş Şəkinin türk dünyasının mədəniyyət paytaxtı elan olunması unikal mədəniyyətimizin təşviqində əhəmiyyətli rol oyanacaq.

Nazirin birinci müavini TÜRKSOY təşkilatının 2015-ci il üçün iş planına Azərbaycanın tanınmış şairlərindən biri olan Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin qeyd edilməsi ilə bağlı tədbirlərin salınması və bununla bağlı təşkilata üzv ölkələrdə müxtəlif tədbirlərin keçirildiyini qeyd edib. Vurğulayıb ki, TÜRKSOY-un təşkilatçılığı ilə Bəxtiyar Vahabzadənin 90 illik yubileyi ilə əlaqədar "Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri" kitabı nəşr olunaraq Bakıda, Almatıda və Bişkekdə təqdimatları keçirilib.

V.Əliyev TÜRKSOY-un Azərbaycan Hökumətinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə fəal iştirakını qeyd edərək, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi və UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə 2011-ci ildən etibarən hər iki ildən bir Bakı şəhərində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda və forum çərçivəsində keçirilən tədbirlərdə TÜRKSOY təşkilatının yüksək səviyyədə təmsil olunması barədə məlumat verib.

TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının növbəti 33-cü toplantısının yekununda Azərbaycan tərəfinin Şəki şəhərinin 2016-cı il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı təklifi üzv dövlətlər tərəfindən yekdilliklə müsbət qiymətləndirilib və Şəki "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunub.

Milli.Az

loading...

Şərh yaz:

29 Şərh:

  • Anonim
    Türkəm · 26 Noyabr 2015 19:2500

    Canım Şəki

    Cavab yaz
    • Anonim
      gunay · 26 Noyabr 2015 20:5800

      olurem sheki ucun

      Cavab yaz
  • Anonim
    Rena · 26 Noyabr 2015 20:1400

    Canim Şəkim! Elə bilirdimki unudulmusan(((

    Cavab yaz
  • Anonim
    Zülüş · 26 Noyabr 2015 20:1400

    Ha indi Şekimi ? :))

    Cavab yaz
  • Anonim
    conson · 26 Noyabr 2015 20:2200

    weki superdi

    Cavab yaz
  • Anonim
    niki · 26 Noyabr 2015 21:0500

    Shekini cox sevirem

    Cavab yaz
  • Anonim
    kara · 26 Noyabr 2015 21:3000

    bay senin cözo yiyim şeki

    Cavab yaz
  • Anonim
    kara · 26 Noyabr 2015 21:3100

    ela

    Cavab yaz
  • Anonim
    Türkəm · 26 Noyabr 2015 21:5500

    Burada məndən başqa şəkili var?

    Cavab yaz
  • Anonim
    Ded · 26 Noyabr 2015 22:1500

    Kimdi burda shekili, desin zehmet olmasa?

    Cavab yaz
  • Anonim
    a · 26 Noyabr 2015 22:2900

    deyımda ele hamısı yıgısıb bura

    Cavab yaz
  • Anonim
    Türkəm · 26 Noyabr 2015 23:1100

    Mən Şəkidənəm

    Cavab yaz
  • Anonim
    Ded · 26 Noyabr 2015 23:5300

    Chox gozel, yerlimi salamlayiram))

    Cavab yaz
  • Anonim
    Türkəm · 27 Noyabr 2015 00:0300

    Şəkinin özündənsiz?

    Cavab yaz
    • Anonim
      dehne · 27 Noyabr 2015 00:0700

      dehne

      Cavab yaz
  • Anonim
    Ded · 27 Noyabr 2015 00:2400

    Ozundenem, anchaq 4 yashimdan chixmisham ordan. Aradabir gedirem, nene-baba ordadi

    Cavab yaz
  • Anonim
    Legenda · 27 Noyabr 2015 07:3300

    Şəkiyə heç getməmişəm. Amma çox istəyərdim Şəkini görüm, əsasda xan sarayını.

    Cavab yaz
  • Anonim
    qislaq zonasi · 27 Noyabr 2015 09:5900

    Canim Sheki.Gozun aydin..:)

    Cavab yaz
  • Anonim
    Deniz · 27 Noyabr 2015 10:0100

    Seni coooooxxxxxxxxxx sevireeeeeeeeeeeeeeemmmmmmmmmmm SEKİM MENİM

    Cavab yaz
  • Anonim
    Fuad · 27 Noyabr 2015 10:1300

    mende Shekili

    Cavab yaz
  • Anonim
    Türkəm · 27 Noyabr 2015 10:4500

    Mən kənddənəm, Bakıda oxuyuram. Tətil olsaydı gedərdim

    Cavab yaz
  • Anonim
    Ded · 27 Noyabr 2015 11:4300

    Sheki halvasi axirinchi defe, 3 il bundan qabaq yemishem))

    Cavab yaz
  • Anonim
    Fuad · 27 Noyabr 2015 11:5000

    Sheki halvasini biz ozumuz bayramdan bayrama yeyirik.

    Cavab yaz
    • Anonim
      qislaq zonasi · 27 Noyabr 2015 12:1100

      He Vallah qonaq gelmese Bayram olmasa yadimiza dusmur:)

      Cavab yaz
  • Anonim
    Türkəm · 27 Noyabr 2015 12:0100

    Bizdə bütün qonaqlıqlarda olur Şəki halvası

    Cavab yaz
  • Anonim
    Ded · 27 Noyabr 2015 12:0500

    Fuad, onda men niye gileylenirem))

    Cavab yaz
  • Anonim
    qislaq zonasi · 27 Noyabr 2015 12:1300

    Seki halvasinin yeri var..Bakida Sheki halvasi adiyla bisirilir..amma edavalar ferqli olur..Shekinin oz mehsulu evezsiz.

    Cavab yaz
  • Anonim
    Fuad · 27 Noyabr 2015 12:4700

    bayram yaxinlashir haminin sufresinde olar inshallah. Findiq mindalinin oz yeri var

    Cavab yaz
  • Anonim
    serxan · 9 Dekabr 2015 00:1300

    vaxt geler ewidersiz ki Weki Azerbayganin paytaxti elan edilib inwallah...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.