Hacı İbrahim "Xəzər adaları"nın əlindən alınması xəbərindən danışdı - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Khazar İslands" layihədə çalışan işçilərin əmək haqlarının ödənilməsində 3 aylıq gecikmə var idi. Lakin artıq bu məsələ həllini tapıb. İşçilərin əmək haqları hissə-hissə verilib. Hazırda bir ayın borcu qalıb, onu da yaxında həll edəcəyik. Amma bütün işçilər layihənin icrasında iştirak edir.
16:45
Bunu APA-ya açıqlamasında "Avesta" konserninin prezidenti, "Khazar İslands" layihəsinin rəhbəri İbrahim İbrahimov (Hacı İbrahim Nehrəmli) deyib.
O, Azərbaycan Beynəlxalq Bankına olan borcunu da qrafikə uyğun ödədiyini qeyd edib.
"Khazar İslands" layihəsinin icrasına yeni kreditlərin cəlb olunmasından danışan iş adamı bildirib ki, yerli banklardan kredit götürməsə də, xarici investor və maliyyə təsisatları ilə danışıqları davam etdirir.
"Çox yaxında Çindən olan investorlarla iri müqavilə imzalayacağıq. Müqavilənin ümumi dəyəri 1,5 milyard dollardır. Kommersiya sirri olduğundan detalları açıqlaya bilmərəm", - deyə, o qeyd edib.
İ.İbrahimov layihə üzərindəki mülkiyyətçiliyinin ləğv edilməsi ilə bağlı yayılan xəbərlərin əsassız olduğunu da qeyd edib: "Hazırda özüm də Qaradağdayam ("Khazar İslands" Qaradağ rayonunda yerləşir - red.) İstər "Khazar İslands" layihəsi, istərsə də "Avesta" Konsernin satılması barədə xəbərlər həqiqəti əks etdirmir".
---------
12:33
Bir müddət əvvəl tanınmış iş adamı, "Avesta" konserninin prezidenti, hacı İbrahim Nehrəmlinin "Beynəlxalq Bank olayı" ilə bağlı ətrafında baş verən qalmaqal hər kəsə məlumdur.
Belə ki, onun Beynəlxalq Bankdan külli miqdarda (təxminən 57 milyon dollar) aldığı krediti geri qaytara bilməməsi barəsində həbs qəti imkan tədbiri seçilməsinə səbəb olmuşdu.
Ölkə mediasının yaydığı xəbərlərdə iş adamının 2015-ci il 12 may-27 may tarixləri arasında DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında saxlanıldığı bildirilirdi. May ayının 27-də isə hacı İbrahim Nehrəmlinin azadlığa buraxıldığı məlum oldu.
Biznesmen elə həmin gün mətbuata verdiyi açıqlamada bütün borcunu ödədiyini və ona görə də sərbəst buraxıldığını bildirmişdi.
Milli.Az xəbər verir ki, modern.az saytının əldə etdiyi məlumata görə, vəziyyət heç də Nehrəmlinin açıqladığı kimi deyil.
Belə ki, o, Beynəlxaq Banka olan borcunu tam şəkildə ödəyə bilməyib.
Borcunu qaytara bilməyən iş adamı ona məxsus "Xəzər Adaları"nı borcunun bir hissəsi kimi banka təklif edib.
Qiymətləndirmədən sonra "Xəzər Adaları" layihəsi üzərində hacı İbrahim Nehrəmlinin mülkiyyətçiliyi ləğv edilib.
Qeyd edək ki, "Xəzər Adaları" hal-hazırda tikilən, Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhəridir. Tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılıb.
Layihə "Avesta" şirkətinin təşəbbüsü nəticəsində ortaya çıxıb. Layihənin dəyəri 100 mlrd. dollar təşkil edir. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılır. Burada eləcə də 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower (Azərbaycan qülləsi) tikiləcək (tikilərsə dünyanın ən hündür binası olacaq). Burada eləcə də dünyanın ən böyük məscidinin tikilməsi planlaşdırılır. Bütün bu tikililərin 9 ballıq zəlzələyə davam gətirə biləcəyi söylənilir. Həmçinin 150 körpünün və 1 hava limanının tikilməsi planlaşdırılır.
Layihənin 2020-2025-ci illərdə başa çatması gözlənilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Saatda 15 meteor görünəcək - Tarix və saat açıqlandı
-
Azərbaycanla bağlı dezinformasiya yayılır - Media və Yayım Şurasından xəbərdarlıq
-
"Araz Supermarket" barədə protokol tərtib olunub
-
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
-
Bakıda piyadalar üçün yenilik - İki küçədə hərəkət qaydası dəyişdi
-
Efirə zəng edən qadının sözləri Elgizi özündən çıxardı - (Video)
XƏBƏR LENTİ
-
Keçən il 3 manat idi - Qiyməti kəskin düşdü
-
Saatda 15 meteor görünəcək - Tarix və saat açıqlandı
-
Azərbaycanla bağlı dezinformasiya yayılır - Media və Yayım Şurasından xəbərdarlıq
-
"Araz Supermarket" barədə protokol tərtib olunub
-
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
-
Bakıda piyadalar üçün yenilik - İki küçədə hərəkət qaydası dəyişdi
-
Efirə zəng edən qadının sözləri Elgizi özündən çıxardı - (Video)
-
200 min manatlıq rüşvət işi məhkəməyə göndərildi - 3 vəzifəli şəxs həbs edildi
-
60 santimetr uşaq saç 300 manata satılır: Pul qazanmaq, yoxsa istismar?
-
Pərvin Abıyeva: "Övlad sahibi olacağam, amma mənə kişi lazım deyil" - (Video)
-
GEROPHARM Azərbaycanda şəkərli diabet və piylənmənin müalicəsini daha əlçatan edir - (Foto)
-
Sərhədçilərimizə atəş açan şəxs zərərsizləşdirildi - (Foto)
-
Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Noyabrın 6-dan qüvvəyə minir: Kombi və qaz plitələri ilə bağlı nə dəyişəcək?
-
Çimnaz Sultanovanın əsl ölüm səbəbi bu imiş
-
İranda zəlzələ oldu
-
Makqreqor qərarını açıqladı: “Sonuncu olacaq”
-
11 aylıq müddətin 2 ayı keçdi: Metro tunellərində son vəziyyət necədir?
-
ABŞ-da seçki həyəcanı: Trampın partiyasını nə gözləyir?
-
“Brent” ucuzlaşdı
-
Dünyaca məşhur türk fenomen xəstəxanada əlil arabasında görüntüləndi - (Foto)
-
Arda Güler “Real Madrid” əfsanələrini geridə qoydu - (Foto)
-
"Sumqayıt" – "Şəfa" matçı ilə X tura yekun vurulacaq
-
Noyabrda 11 gün iş olmayacaq - Tarixlər





