Bakıda böyük söküntü BAŞLAYIR: Tramvay xətti bu ərazilərdən keçəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib ki, Mehdiabad qəsəbəsindən "28 May" metro stansiyasına tramvayın tətbiqi ilə bağlı layihələndirmə işləri həyata keçirilir.
Bununla bağlı nəqliyyat eksperti Yasin Mustafayev Demokrat.az-a açıqlamasında bildirib ki, tramvay xəttinin çəkilişi nəzərdə tutulur:
"Bu xətt "Seabreeze" ərazisindən başlayaraq Mehdiabad, Məhəmmədi və Binəqədi istiqamətindən keçməklə "28 May" metro stansiyasına qədər uzanacaq. Təbii ki, bəzi ərazilərdə mövcud koridor olmadığı üçün yeni koridorun yaradılması məqsədilə müəyyən tikililərin istər fərdi yaşayış evlərinin, istərsə də obyektlərin sökülməsi planlaşdırılır. Hazırda marşrut hələ dəqiqləşdirilməyib, güzərgah seçimi aparılır. Yolun oxu elə müəyyən ediləcək ki, həm daha münasib, həm daha sərfəli, həm də daha faydalı olsun və eyni zamanda söküntülər minimuma endirilsin. Bu məsələlərin həlli istiqamətində hazırda müvafiq addımlar atılır".
Bu layihə 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramının mühüm tərkib hissəsidir və Bakının nəqliyyat yükünü azaltmaq, ekoloji təmiz daşımaları təmin etmək məqsədi daşıyır. Şəhərin kənar qəsəbələrinin mərkəzlə birbaşa və sürətli relsli nəqliyyatla bağlanması paytaxtın mobillik strategiyasında inqilabi addım hesab olunur.
Mehdiabad, Binəqədi və Məhəmmədi istiqamətində yaşayan sakinlər üçün bu, gələcəkdə tıxacda qalmadan şəhər mərkəzinə çatmaq imkanı deməkdir. Lakin layihənin keçəcəyi potensial yollar üzərində evi və ya obyekti olan şəxslər üçün bu, gələcəkdə köçürülmə və kompensasiya məsələlərinin gündəmə gələ biləcəyinə işarədir. Odur ki, marşrut xətti tam dəqiqləşənə qədər həmin istiqamətlərdəki mülkiyyət məsələlərinə diqqətlə yanaşmaq tövsiyə olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda yeni ombudsman seçiləcək
-
Acun keçmiş arvadı ilə bir arada - (Fotolar)
-
Azərbaycanda bu şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
-
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı
-
Xəstəxanaya yerləşdirilən Kompani ilə bağlı xəbər var
-
"Bolt"dan çağırdığı sürücü başına iş açdı - (Yenilənib/Foto)
-
Şəmkirdə maşın dərəyə aşdı
-
ABŞ-yə qaçan Bolsonaro özünü ölkənin lideri elan etdi
-
Azərbaycan nefti kəskin bahalaşdı
-
“Tramp boğazı” - ABŞ Prezidenti bu dəfə nəyi dəyişmək istəyir?
-
Si Cinpinin növbəti hədəfi kimdir? - Çində hakimiyyət böhranı
-
Bakının iki rayonunda qaz kəsiləcək
-
“Liverpul” “Çelsi”dən üstün oldu
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib (Foto)
-
Peyvənddən sonra niyə qızdırmamız qalxır? - Araşdırma
-
Minlərlə soyuducunu dağın yamacına tulladılar - (Foto)
-
4 bürc çətinliyi geridə qoyacaq
-
Səhər yeməyi ilə 10 kilo alan həkim vərdişini dəyişdi və arıqladı
-
Evdən çıxanda telefonun bu funksiyalarını söndürün
-
Gözü dincəltmək üçün 20-20-20 qaydası - (Video)
-
Dünyaya ata olmaq üçün gələn 3 bürc
-
İpek Erdem uzun illərdən sonra - tanımaq olmur - (Foto)
-
Ən bahalı "iPhone"un əsas qüsurları açıqlandı
-
Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?





