Ölkə

Səs-küylü məhkəmə başa çatdı - Həmin qadınlara hökm oxundu - FOTO

5 May 2025 16:26
Baxış: 539
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Talassemiyalı uşaqların müalicəsinə ayrılmış pulları ələ keçirməkdə ittiham olunan qadınların 1 ildən çoxdur davam edən səs-küylü məhkəmə araşdırması başa çatıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Azad Məcidovun sədrlik etdiyi hakimlər belə qənaətə gəlib ki, həssas cinayət işi üzrə xanım müttəhimlərə verilmiş ittihamlar məhkəmə istintaqı ilə təsdiqini tapıb.

Hökmə əsasən, Nuridə Seyidova 8 il 6 ay, Aynur Bayramova 7 il 6 ay, Aysel Məmmədova isə 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nuridə Seyidova "Urmedhelp" və "My Doc Tour" adlı şirkətlərin sahibi, A.Bayramova ilə A.Məmmədova isə işçiləridir. Onlar talassemiyalı uşaqların əməliyyat xərclərinin qarşılanması məqsədilə ianə toplamaq öhdəliyi götürüblər, lakin toplanan vəsaitlərin çoxunu mənimsəyiblər.

İş üzrə 36 nəfər zərərçəkmişə 1 milyon manata yaxın zərər dəyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.