Xəbər verdiyimiz kimi, martın 12-si Abşeron rayonu Xırdalan şəhərində bir qrup şəxs avtobus sürücüsünə hücum edərək onu döyüblər.
DİN-in Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, fakta görə cinayət işi başlanılıb.
"Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 30 yaşlı Rövşən Məmmədli saxlanılaraq istintaqa təhvil verilib. Digər şəxslərin də saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir", - deyə o, əlavə edib.
Qeyd edək ki, martın 12-si saat 21:30 radələrində bir qrup şəxs Bakı Mühəndislik Universitetinin qarşısında 135 saylı marşrut xətti üzrə avtobus sürücüsünü təkləyərək döyüblər. Ağır xəsarətlər alan sürücü Aqil Həmidov polisə müraciət edib. O, Abşeron Rayon Polis İdarəsi tərəfindən ekspertizaya göndərilib.
Bildirilib ki, hadisədən əvvəl naməlum şəxslərin olduğu minik avtomobilinin sürücüsü A.Həmidovla yol üstündə mübahisə edib. Daha sonra onlar avtobus sürücüsünü təqib ediblər və bir qrup şəxslə birgə onun yerini öyrənərək hücum ediblər.
Baş vermiş hadisə anbaan olaraq ərazidəki kameralara düşüb.
---------------
2025.03.19
Daha bir sürücünün bir qrup şəxs tərəfindən döyülməsi hadisəsi baş verib.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə martın 12-də saat 21:25 radələrində Abşeron rayon Xırdalan şəhərində qeydə alınıb.
Naməlum şəxslər Həsən Əliyev küçəsində - Bakı Mühəndislik Universitetinin qarşısında 135 saylı marşrut xətti üzrə avtobus sürücüsünü təkləyərək döyüblər. Ağır xəsarətlər alan sürücü Aqil Həmidov polisə müraciət edib.
O, Abşeron Rayon Pois İdarəsi tərəfindən ekspertizaya gəndərilib.
Bildirilib ki, hadisədən əvvəl naməlum şəxslərin olduğu minik avtomobilinin sürücüsü A.Həmidovla yol üstündə mübahisə edib. Daha sonra onlar avtobus sürücüsünü təqib ediblər və bir qrup şəxslə birgə onun yerini öyrənərək hücum ediblər.
Baş vermiş hadisə anbaan olaraq ərzidəki kameralara düşüb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, martın 12-də saat 21:30 radələrində Abşeron rayonu ərazisində marşrut avtobusu sürücüsünün bir qrup şəxs tərəfindən döyülməsini əks etdirən görüntülərlə bağlı hazırda ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır.
Əməli törətməkdə şübhəli bilinən şəxslərin kimliyi müəyyən edilib. Həmin şəxslərin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, ötən günlərdə paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxs xuliqanlıq zəminində minik avtomobilinin sürücüsünü təqib edərək döymüş, hadisəni törədən şəxslər həbs olunmuşdu.
Avtobus sürücüsünün döyüldüyü anın görüntüləri təqdim edirik:
Milli.Az