Bakı-Tbilisi-Bakı qatarının fəaliyyəti bərpa olunur? - Rəsmi AÇIQLAMA - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı-Tbilisi-Bakı dəmir yolu reysi ilə qatarlarının hərəkətinin bərpası ilə bağlı hələ qərar qəbul edilməyib.
Milli.Az xəbər verir ki, bunu bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında deyib.
"Açılış barədə xəbər yoxdur. Qonşu tərəf bununla bağlı açıqlama vermişdi. Biz də bununla bağlı məlumat gözləyirik", - o bildirib.
Xatırladaq ki, daha öncə Gürcüstanın baş naziri İrakli Kobazidze Dubaya səfəri zamanı jurnalistlərə açıqlamasında bildirmişdi ki, Gürcüstan Azərbaycanla Tbilisi-Bakı qatarının fəaliyyətinin bərpası ilə bağlı danışıqlar aparır.
--------
13:45
Azərbaycan-Gürcüstan arasında quru nəqliyyatının, o cümlədən dəmiryolu nəqliyyatının bərpa olunması artıq xeyli müddətdir ki, müzakirə olunur:
Milli.Az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
O qeyd edib ki, tərəflərin təqdim etdiyi məlumatlara əsasən mayın 1-dən etibarən Bakıdan Tbilisiyə, eyni zamanda əksinə gedib-gəlmək mümkün olacaq:
"Ümumiyyətlə, hər hansı rəsmi məlumat yayılırsa, adətən qarşı tərəflə razılaşdırılır. Mayın 1-dən dəmiryolu nəqliyyatının bərpa edilməsi məhz rəsmi məlumatdır. Bu, çox vacibdir. Azərbaycana ən çox gələn turistlər arasında gürcülər ilk üçlükdədir. Təbii ki, Azərbaycandan Gürcüstana gedən turistlərin sayı da kifayət qədər çoxdur. Gürcüstan vasitəsilə üçüncü ölkələrə gedən vətəndaşlarımızın sayı çoxdur. Dəmir yolu nəqliyyatından bərpa edilməsi daha ucuz qiymətə Gürcüstana, yaxud Gürcüstan üzərindən digər Avropa ölkələrinə səfər imkanları artır. Gözləntilər ondan ibartədir ki, artıq ay yarımdan sonra Azərbaycan vətəndaşları qatardan istifadə etməklə Tbilisiyə gedə biləcəklər".
Xatırladaq ki, Gürcüstan və Azərbaycan paytaxtları arasında sərnişin qatarlarının hərəkəti koronavirus pandemiyası səbəbindən 2020-ci ilin martın 14-dən dayandırılıb. Bir müddət əvvəl Gürcüstan tərəfi qatarların mayın 1-dən fəaliyyətə başlayacağını açıqlayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dünyanın bir parçasıdır? - Ayın yaranmasına dair nəzəriyyələr çıxılmaz vəziyyətdə
-
Araşdırma: Süni intellekt söhbət tarixçənizdən şəxsiyyətinizi təxmin edə bilir
-
Bu yay yoxlamalı olduğunuz 5 pedikür rəngi
-
Bunu için, xərçəngdən QORUNUN
-
"Ölünü də, gəlini də eyni qayıqla aparırlar" - VİDEO
-
““Qarabağ”a qalib gəldiyimiz oyunda bu, bizə uğur gətirdi” - Vernidub
-
Neftin qiyməti bundan sonra sürətlə enəcək - Hasset
-
“Şamaxı”da iki oyunum qalıb” - Ayxan Abbasov
-
Günün qoroskopu: həyat sizi ən doğru istiqamətə aparacaq
-
Tramp İrandan sonra yeni hədəfini açıqladı
-
Ukrayna Belqoroda zərbə endirdi: yaralılar var
-
Vəzifəli şəxs vəfat etdi - FOTO
-
30/30/30 Rutini Nədir? Bu metod üç əsas addıma əsaslanır:
-
Qırmızı ətə ən çox yaraşan şirin souslar
-
“Sadəcə içəri girib onu götürmək lazımdır” - Netanyahu
-
Tramp: İranın zənginləşdirilmiş uranını istədiyimiz vaxt əldə edəcəyik
-
4 serial birdən finala gedir
-
"Neftçi" Premyer Liqada növbəti qələbəsini qazanıb
-
"Qızım bizi sevindirdi"
-
Dünyanın ən sağlam ədviyyatı seçildi - Zəncəfil deyil
-
İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
"8 ildir nəvələrimə mən baxıram"
-
Azərbaycan cüdoçuları Avropa Kubokunda 9 medal qazanıblar
-
Elşad Xose xanımı ilə - FOTO





