Ölkə

“Şamaxinka”da qəzalı vəziyyətdə olduğu deyilən tunellə bağlı AÇIQLAMA - YENİLƏNİB - VİDEO

5 Mart 2025 12:44
Baxış: 1 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Sumqayıt yolu ilə paytaxtın Moskva prospektini birləşdirən tuneldə ("Şamaxinka" adlanan ərazi) sütunlardakı problemlə bağlı görüntülər yayılıb.

Milli.Az xəbər verir ki, Aqil Tağıyev adlı feysbuk istifadəçisi tuneldəki dirəklərdən birinin zədələndiyini, təkcə üzlüyünün qopmadığını, eyni zamanda beton hissədə də aşıntı getdiyini bildirib. O, səhifəsində tuneldən çəkdiyi videonu da paylaşaraq aidiyyəti qurumların məsələni nəzarətə götürməsinin vacibliyini vurğulayıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Qafqazinfo-nun sorğusuna cavab olaraq bildirib ki, ərazidə hər hansı təhlükəli vəziyyət yoxdur: "Orada üzlük daşların bir hissəsi qopub. Yerinə bərpa olunacaq".

---------

11:15

Bakı şəhərinin şimal girişində yerləşən və "Şamaxinka" kimi tanınan ərazidəki tunel qəzalı vəziyyətdədir.

Milli.Az xəbər verir ki, tunelin sütunlarından biri illərdir yuxarıdan axan suyun təsiri nəticəsində aşınmaya məruz qalıb.

Nəticədə bir hissəsi uçub və hazırda təhlükəli vəziyyət sürücülərə də çətinliklər yaradır.

Həmin görüntüləri təqdim edirik:(Oxu.Az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.