Ölkə

Məktəblərdə şagirdlərə narkotik təklif edilməsi iddiasına RƏSMİ CAVAB

10 Fevral 2025 15:00
Baxış: 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda fəaliyyət göstərən məktəblərdə uşaqlara konfet görüntülü narkotik dərmanların paylanılması ilə bağlı iddialar yayılıb. 
 
Milli.Az xəbər verir ki, bununla əlaqədar valideyn qruplarında çoxsaylı məlumatlar paylaşılır.
 
İddialara əsasən, azyaşlılar ayı balası formasında olan rəngli konfetlər vasitəsilə aldadılır.
 
Məlumatlarla əlaqədar Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlanıb. Qurumun Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov məsələ ilə bağlı bildirib ki, sosial şəbəkələrdə ölkə ərazisində məktəblərdə şagirdlərə narkotik vasitə təklif edilməsi ilə bağlı paylaşılan məlumatlar həqiqəti əks etdirmir: "Polis əməkdaşları tərəfindən bu paylaşım tam və hərtərəfli araşdırılıb, müəyyən olunub ki, həmin paylaşım xarici ölkələrdən birinə aid internet resurslarında yayılıb"./Qafqazinfo.az/

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.