Ölkə

Dövlət ehtiyatları ilə bağlı qayda təsdiqləndi

29 Dekabr 2024 16:45
Baxış: 356
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nazirlər Kabineti "Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, habelə dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın forması və təqdim edilməsi Qaydası"nı təsdiqləyib.

Milli.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qayda "Dövlət ehtiyatları haqqında" qanuna əsasən hazırlanıb. dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın formasının və təqdim edilməsinin qaydasını və hüquqi əsaslarını müəyyən edir. Qaydaya uyğun dövlət ehtiyatlarının yaradılması və idarəedilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi Qanunun 8-ci maddəsində nəzərdə tutulan maliyyələşmə mənbələri hesabına həyata keçirilir. Qaydaya uyğun dövlət ehtiyatları üçün malların tədarükündə, saxlanılmasında və buraxılmasında texniki normativ hüquqi aktların tələbləri nəzərə alınır. Qaydada istifadə olunan anlayışlar Qanunla və qüvvədə olan digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.