Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Zaqatala rayon sakinləri dəfn ediliblər.
Milli.Az xəbər verir ki, qəzada həlak olan Zaqatala rayon Danaçı kənd sakinləri - 1977-ci il təvəllüdlü Arif Əsəbəli oğlu Carayev, 1990-cı il təvəllüdlü Hacıibrahim Süleyman oğlu Carayev və 1981-ci il təvəllüdlü Xizri İsa oğlu Ceerov, rayonun Höytala kənd sakini 1966-cı il təvəllüdlü Nərminə Salah qızı İgidova və Maqov kənd sakini 1996-cı il təvəllüdlü İbrahimxəlil Makkaşərif oğlu Kostiyev Danaçı, Höytala və Maqov kənd qəbiristanlıqlarında dəfn olunublar.
Dəfn mərasimlərində onların doğmaları, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. /Report
Milli.Az