Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Qoşqar Firidun oğlu Sadıqovun nəşi ailəsinə təhvil verilib.
Milli.Az xəbər verir ki, daha sonra onun nəşi rayonun Mirzəli kəndində dəfn edilib.
O, Qroznıda fəhlə işləyib. Q.Sadıqov subay idi.
Qeyd edək ki, əvvəlcə onun yaralı və ya həlak olması ilə bağlı dəqiq məlumat yox idi. Onun şəxsiyyəti atasından götürülən DNT analizindən sonra müəyyən olunub./"report"
Milli.Az