Bu diplomlarla işləyənlər cəzalanacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyə Respublikasının Karabük Universiteti tərəfindən verildiyi iddia edilən bir qrup vətəndaşın 2021-2022-ci illərdə TKTA-ya təqdim etdiyi diplomların dövlət nümunəli olmadığı (saxta olduğu) aşkarlanıb.
Milli.Az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib.
Qeyd edilir ki, həmin diplomlar əsasında doqquz şəxsə təqdim edilmiş tanınmaya dair şəhadətnamələr qanunvericiliyə uyğun olaraq ləğv olunub.
Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları" (bundan sonra Qaydalar) əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir.
Qaydaların 4-cü hissəsinə əsasən tanınma üçün təqdim olunan xarici ali təhsil sənədinin autentik (həqiqi) olması tanınmaya dair başlıca tələblərdəndir.
Qeyd edək ki, bir sıra sahələrdə çalışan vətəndaşlarda da belə saxta diplomların olması halları müşahidə edilib. Hətta bir neçə il öncə bir qrup müəllim məhz Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrindən aldıqları diplomlarla çalışdıqları aşkarlanmışdı.
Bəs saxta diplomlarla bağlı çinayət işi nəzərdə tutulurmu?
Hüquqşünas Ruslan Mustafayev "Cebheinfo.az"a bildirib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi belə tələblərin hər birinin yoxlanmasını həyata keçirir və bu da təbii olaraq çox düzgün addımdır:
"Hətta dərslərdə iştirak sayı və s. kimi prosedur qaydaları çoxdur. Yəni yoxlamalarla bağlı elementlər çoxdur. Əgər bir sənədin saxta olduğu aşkar olunursa, bu zaman təbii olaraq araşdırma aparılmalıdır. Araşdırmada ilk növbədə kimin bu sənədi verdiyi müəyyən edilməlidir.
Onun məsuliyyəti ayrıdır. Yəni bir fərdi məsuliyyəti var. İkinci araşdırma ondan ibarətdir ki, o sənədi təqdim edən şəxs o sənədin saxta olub-olmadığı barədə məlumatlı idi, ya yox. Ola bilsin ki, onu da aldadıblar. O da heç məlumatlı deyil ki, o sənəd saxtadır. Yəni bu amil də mümkündür.
Əgər aşkar edilsə ki, o adamın sənədin saxta olmağı ilə bağlı məlumatı yox idi, belə olan təqdirdə onun heç bir məsuliyyəti yoxdur. Ancaq aşkar edilsə ki, o şəxs bilərəkdən saxta sənəd əldə edib, o sənədi istifadə etmək, yəni hər hansı hüquqi imtiyaz qazanmaq üçün hər hansı dövlət orqanına, şirkətə təqdim edir və aşkar olunur ki, bu saxtadır, belə olan təqdirdə Cinayət Məcəlləsində onun məsuliyyəti var. Cinayət Məcəlləsində saxta sənədlərin istifadəsi ilə bağlı ayrıca bir maddə var".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Şəbnəm Tovuzlu geyimi və rəqsi ilə diqqət çəkdi – (Video)
-
Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb - (Video/Foto)
-
Ronaldonun Corcinasının müzakirə yaradan Videosu
-
Bu marşrutun bütün avtobusları yenilənir
-
Bakıda hava ilə bağlı yeni proqnoz
-
Metro gücləndirilmiş rejimdə çalışacaq
XƏBƏR LENTİ
-
Şəbnəm Tovuzlu geyimi və rəqsi ilə diqqət çəkdi – (Video)
-
AL: Əliyar Ağayev Niderland klubunun matçını idarə dəcək
-
Laos Prezidenti Zəfər parkını ziyarət edib - (Foto)
-
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - (Foto)
-
Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb - (Video/Foto)
-
Ronaldonun Corcinasının müzakirə yaradan Videosu
-
Məktəbdə vahid geyim forması bərabərlik, peşəkarlıq və təhsil mədəniyyətini formalaşdırır - Sevil Mikayılova
-
Bu marşrutun bütün avtobusları yenilənir
-
Moskvaya ilin ən böyük dron hücumlarından biri oldu
-
Bakıda hava ilə bağlı yeni proqnoz
-
Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər
-
Azərbaycanın inkişafının şahidi oluram - Prezident Thonqlun Sisulit
-
ABŞ-dən İsrailə uçan təyyarədə bomba həyəcanı - Sərnişinlər təxliyə edildi
-
Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar
-
Metro gücləndirilmiş rejimdə çalışacaq
-
Bu şəxslərin iş rejimi dəyişir
-
Deputat Milli Azərbaycançılıq İnstitutunun yaradılmasını təklif edib
-
Gürcüstandan 112 əcnəbi deportasiya edildi
-
Bakıda məktəbə daş atıldı: İki şagird xəsarət aldı - (Video)
-
Azərbaycan Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir - Kamaləddin Qafarov
-
“İmişli” baş məşqçisi ilə yollarını ayırdı
-
Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir
-
Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb
-
"Roma" - "Real" oyununu azərbaycanlı hakim idarə edəcək





