Ölkə

Şəhid ailəsində bədbəxt hadisə: anası və bacısı qazdan zəhərləndi

2 Noyabr 2024 16:43
Baxış: 1 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatalada dəm qazından zəhərlənən ana və qızın şəhid ailəsindən olduğu məlum olub. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, dəm qazı zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən Naimə İrapova və qızı, 15 yaşlı Havva İrapova Vətən müharibəsi şəhidi İsmayıl İrapovun anası və bacısıdır.

Qeyd edək ki, Zaqatalada ana və qızı qazdan zəhərlənib. Hadisə Əliabad qəsəbəsində baş verib.

Belə ki, 41 yaşlı İrapova Nayimə və qızı 15 yaşlı Havva yaşadıqları evdə dəm qazından zəhərlənərək, xəstəxanaya yerləşdiriliblər.

Araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.