Ölkə

Tanınmış hakim təqaüdə göndərildi

1 Noyabr 2024 13:15
Baxış: 1 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2024-cü il noyabrın 1-də Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimi Əziz Seyidovun təqaüdə yola salınması münasibətilə tədbir keçirilib.

Milli.Az bildirir ki, tədbirdə çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Əziz Seyidovun uzun illər prokurorluq orqanlarında və Ali Məhkəmədə səmərəli fəaliyyətindən danışaraq ona gələcək işlərində uğurlar arzu edib.

Əziz Seyidov da öz növbəsində Ali Məhkəmədə işlədiyi dövrlə bağlı xoş təəssüratlarını bölüşərək, ona göstərilən diqqət və qayğıya görə təşəkkür edib.

Sonda təqaüdə yola salınan hakim Əziz Seyidov Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.