Ölkə

Lənkəranda qəza baş verib, sürücü xəsarət alıb - FOTOlar

27 Oktyabr 2024 13:39
Baxış: 343
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda qəza olub, avtomobil deformasiyaya uğrayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti Lənkəranda avtoqəzaya səbəb olub.

Hadisə səhər saatlarında Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Separadi kəndi ərazisində qeydə alınıb. Lənkəran rayonun Tükəvilə kənd sakini 1990-cı il təvəllüdlü Emil Əkbərovun idarə etdiyi "Hunday Sanata" markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil magistralından çıxaraq, yol kənarındakı ağaca çırpılıb. Zərbənin təsirindən avtomobil deformasiya uğrayıb. Sürücü E.Əkbərov xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

İlkin məlumata görə hadisəyə səbəb, yağışlı hava şəraitində avtomobilin qarşısına iri buynuzlu mal-qaranın çıxması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.