Ölkə

Əli Əhmədov: Özəl uşaq bağçalarında bu halların qarşısı alınmalıdır

22 Oktyabr 2024 16:53
Baxış: 753
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlətin müəyyənləşdirdiyi qaydalar özəl uşaq bağçalarında tətbiq edilmir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov bu gün keçirilən plenar iclasda "Uşaq hüquqları haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

"Azərbaycanda dövlət uşaq müəssisələri ilə yanaşı özəl uşaq müəssisələri də var. Bir müddət əvvəl Bakı şəhərində uşaq müəssisəsində çox ciddi pozuntuların yaşandığı məlum oldu. Dövlətin müəyyənləşdirdiyi qaydalar özəl uşaq bağçalarında tətbiq edilmir. Dövlət müəssisələri ilə yanaşı özəl uşaq bağçalarında da dövlət müəssisələri üçün nəzərdə tutulmuş bütün meyarlar tətbiq olunmalıdır. Bizim müşahidə etdiyimiz ciddi pozuntular bu fikirləri söyləməyə əsas verir ki, həmin müəssisələrin qeydiyyata alınması, onlara lisenziya verilməsi, sonra isə onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi ciddi şəkildə reqlamentləşdirilməlidir. Müvafiq dövlət orqanları buna nəzarət etməlidir", - deyə Əli Əhmədov bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.