Ölkə

Şəhid məlumatlarının vikipediyadan silinməsi parlamentdə müzakirə edildi

22 Oktyabr 2024 11:45
Baxış: 551
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Vikipediyada Azərbaycan şəhidləri barədə məlumatlar birdən-birə silinib".

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib. 

"23 ildir mövcud olan vikipediyada Azərbaycan şəhidləri haqqında məqalələr birdən-birə silinib. Çünki vikipediyanın əsas tələbi məqalələlərin tərəfsiz, neytral fikirlərlə yayımlanmasıdır. Bu sahədə könüllülərin sayı artırılmalı, proqram təminatı yaxşılaşdırılmalı, biliklər dərinləşdirilməlidir. Bu təmin edilərsə, erməni vikipediyaçılara bu məsələdə də qalib gələ bilərik", - deyə F.Mustafa bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Vətən müharibəsi şəhidləri ilə bağlı məqalələrin vikipediyadan silinməsi ciddi narazılıq yaradıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.