Ölkə

Yağışa görə metroda problem yaranıb? - Rəsmi AÇIQLAMA

22 Oktyabr 2024 11:35
Baxış: 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, ötən gündən etibarən Bakıda yağıntılı hava şəraiti müşahidə olunur.

Milli.Az bildirir ki, paytaxtda davam edən güclü yağış nəticəsində nəqliyyatın hərəkətində məhdudiyyətlər meydana gəlib. Əhali bu səbəbdən daha çox ictimai nəqliyyat kimi metroya üz tutur.

Bəs Bakı metrosunda yağışa görə hər hansı problem yaranıbmı?

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Milli.Az-a açıqlamasında bildirirb ki, halhazırda "Bakı metropolitenin"də bir problem müşahidə olunmur:

"Güclü yağıntılarla əlaqədar "Bakı Metropoliteni"nin bütün müvafiq infrastruktru gecə saatlarından nəzarət altına götürülüb. Stansiyaların texniki zonasına daxil olan giriş - çıxış sahələri xüsusəndə "Bakı Metropoliteninin" açıq hava şəraitində yerləşən depolarına müvafiq nəzarət tətbiq olunub. Səhər saat 06.00-dan etibarən "Bakı Metropoliten"i problemsiz fəaliyyətə başlayıb".

Bakıda yağış sularında iki nəfər batıb? - FHN-dən AÇIQLAMA - VİDEO

Nərmin Mahmudova
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.