Ölkə

“Sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması Qaydası” təsdiqləndi

21 Oktyabr 2024 19:52
Baxış: 405
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa 2023-cü il 6 iyul tarixində edilmiş dəyişikliklərə əsasən sığorta xidmətlərinin göstərilməsi zamanı sığortalılara qarşı ədalətli rəftarın təmin edilməsində müstəqil ekspertlərin rolunun gücləndirilməsi məqsədilə onlara dair yeni tələblər gətirilib, həmçinin müstəqil ekspertlərlə bağlı təhsil və təcrübə, digər peşəkar tələblərə və imtahanların keçirilməsinə dair qayda təsdiq edilib.

Azərbaycan Mərkəzi Bankından (AMB) Milli.Az-a bildirilib ki, sığorta sektorunun maliyyə dayanıqlılığının daha da gücləndirilməsi üçün sığortaçıların təkrarsığorta siyasətlərinə, təkrarsığorta əməliyyatlarına dair yeni tənzimləyici çərçivə yaradılıb.

Yeni tələblər daha effektiv və etibarlı təkrarsığorta əməliyyatlarının aparılmasını təmin edir.

Bununla əlaqədar sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması qaydalarının qeyd olunan qanunvericilik dəyişikliklərinə, habelə günün tələblərinə uyğunlaşdırılması zəruri olub. Qanunvericiliyə əsasən Mərkəzi Bank sığortaçıların, sığorta vasitəçilərinin, o cümlədən xarici sığorta brokerlərinin, onların Azərbaycan Respublikasındakı nümayəndəliklərinin, aktuarilərin, habelə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müstəqil ekspertlərin reyestrini aparır. Reyestrin aparılması qaydaları Mərkəzi Bank tərəfindən müəyyən edilir.

Bununla əlaqədar olaraq, "Sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması Qaydası"na edilən dəyişikliklərə əsasən müstəqil ekspertlərin müəyyən edilmiş sahələr üzrə reyestrə daxil edilməsi ilə bağlı tələb olunan sənədlərin siyahısı əlavə edilib, digər subyektlərə münasibətdə isə həmin sənədlərin siyahısı təkmilləşdirilib. Həmçinin müstəqil ekspertlərin reyestrdən çıxarılma əsasları da qaydaya əlavə edilib.

Bununla yanaşı, reyestrə daxil edilmə prosedurunun effektiv formada təşkil edilməsi məqsədilə sığorta bazarının peşəkar iştirakçıları tərəfindən Mərkəzi Banka təqdim olunan sənədlərin sənədlərə baxılma müddətləri, reyestrə daxil etməkdən imtina əsasları, müvafiq subyektlərin Mərkəzi Bankın qərarlarından şikayət vermək hüququ və "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər tələblər əlavə edilib. Həmçinin Mərkəzi Bank tərəfindən cədvəl formatında aparılan reyestr məlumatlarının tərkibi genişləndirilib və cədvəllər yenilənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.