Ölkə

"Bundan ötrü bir-birini əzənlər, hətta üstünə çıxanlar..."

18 Oktyabr 2024 20:13
Baxış: 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Müqəddəs torpaq anlayışı varmı? Bu gün mənim vaxtilə işğalda olan torpağım müqəddəs idi? Yoxsa ərəblərin, vaxtilə peyğəmbərin yaşadığı həmin ərazi müqəddəsdir? Bunun müqayisəsini apara bilərikmi?".

Milli.Az xəbər verir ki, bu sözləri dinşünas və ilahiyyatçı Elşad Miri dizayner Aynur Xəlilovanın yutubda yayımlanan "Hərşeyşünas" podkastında qonaq olarkən söyləyib.

"Məncə, heç bir zaman, çünki mənim üçün yaşadığım, çörəyini yediyim bölgəm, doğma olan yer daha dəyərlidir, nəinki digər yerlər. Digər yerlərə turist kimi və yaxud da başqa məqsədlər, ibrət və dərs çıxarmaq üçün gedə bilərəm. Quranda deyilir ki, yer üzünü seyr edin, gəzin, dolaşın. Orada qeyd edilir ki, sizdən əvvəlkilərin aqibətini görüb bilmək üçün, bir də yaradılışı öyrənmək üçün. Bu günləri bütün insanlarmı Həcc ziyarətinə getməlidir? Xeyr. Niyə Həccə getməlisən? Adam var illərdir qazanıb pul yığır. Bu adamın məqsədini anlayıram, amma yanlış yoldadır.

Ora xərclənəcək pulla təhsilə yatırım etmək olar. Allah bizdən bunu istəyir? İkinci bir məsələ. Həqiqətən orada Allah duaları daha çox qəbul edirsə, orada yaşayanlar kefdədir. İstədikləri vaxt dua etsinlər, qayıdan da görsünlər ki, həyətlərində maşın var. Bu, İslam ola bilməz. Məsələn, orada dua etdim ki, Paşinyanın istədiyi bütün müddəalar ləğv olundu. Bizim istədiyimiz bütün hər bir şeylə razılaşdı və sülh müqaviləsi bağlandı. Bu deyil axı. Bunun üçün illərdir ölkə başçısı, xarici işlər naziri işlər görür. Söhbətlər gedir. Nə də güzəştə getmək olar, ya olmaz. Bir dənə mənim ora gedib dua etməyimlə olacaqsa, o zaman 30 il əvvəl bütün günü Allahşükür Paşazadə deyirdi ki, biz orada dua edirik.

Duanın nəticəsini isə ölkə başçısı əməli ilə, proseslərlə, dronlarla, şəhid olan canlarımızla bir arada girildi, torpaqlar işğaldan azad edildi. Yoxsa mən filan yerə getdim dua etdim. Dua etməklə onlar qorxub qaçacaq? Bizim problemimiz bundadır ki, düzgün analiz edə bilmirik. Daşa toxunmaqdan ötrü bir-birini əzənlər, qara daşı öpmək üçün bir-birinin üstünə çıxanlar var. Hətta mən də zərər çəkmişəm. Sənin dediyin şeytan anlayışı budur? Allah səndən bunu istəyir? Əlinə daşı al, şeytana at. Şeytan niyə məhz oradadır? Niyə Vaşinqtonda, NyuYorkda, Ermənistanda deyil ? Adi daş yığınağından ibarət bir yerdir. Sən bunu müqəddəstləşdirdikdən sonra problem yaranır. İndi şeytanı daşlamaq üçün yerlərin də sayını artırıblar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.