Ölkə

Bu məhsullardan yeni gömrük rüsumu tutulacaq - Nazirlər Kabineti qərar verdi

16 Oktyabr 2024 10:39
Baxış: 1 192
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhlükəsizlik ayaqqabılarının idxalına yeni gömrük rüsumu müəyyən olunub.

Nazirlər Kabinetindən verilən xəbərə görə, bu Qərar yerli istehsalçılardan daxil olan müraciətlər nəzərə alınmaqla, daxili istehsalın rəqabət qabiliyyətinin artırılması, daxili bazarın qorunması, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə qəbul edilib.

Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarına əsasən bir sıra diri və soyudulmuş balıq növlərinin idxalına 0% dərəcəsində, təhlükəsizlik ayaqqabılarının idxalına isə 15% dərəcəsində gömrük rüsumu müəyyən olunmuşdur.

Qəbul edilən Nazirlər Kabinetinin 453 nömrəli Qərarına əsasən 30.06.2026-cı il tarixinədək təhlükəsizlik ayaqqabılarının idxalına tətbiq olunan gömrük rüsumları 15% dərəcəsindən artırılaraq spesifik rüsum formasında 1 cüt üçün 9 ABŞ dolları məbləğində müəyyən olunur.

Qərarın qəbul edilməsi nəticəsində yerli məhsulların analoji idxal mallarına münasibətdə rəqabət qabiliyyətinin artırılması proqnozlaşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.