Ölkə

"28 May"ın qarşısında təmir işləri nə yerdədir? - VİDEO - FOTO

14 Oktyabr 2024 17:19
Baxış: 501
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə aydır ki, metronun "28 May" metrostansiyasının qarşısında ekoloji mühiti qorumaq üçün 2 min 400 kvadratmetr yaşıllıqlardan ibarət olan 3.5 hektar ərazini əhatə edən park tikilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, burada böyük avtobus dayanacağı, eyni zamanda 4 ədəd elektrik enerjisi ilə işləyən avtobuslar üçün 2 şarj stansiyası, velosiped zolağı və fontanlar da olacaq.

Ərazidə işlərin, demək olar ki, 80% görülüb.

Parkdakı işlərin oktyabrın axırına qədər bitməsi gözlənilir.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda aparılan geniş tikinti-quruculuq işləri çərçivəsində bir çox yerlərdə istismar müddəti bitmiş, qəzalı bina və tikililərin əvəzinə yeni bina və obyektlər yox, məhz parklar salındığını açıqlamışdı.

Son illər ərzində Bakı şəhərində 400-ə yaxın yeni park salınıb və prosses davam etməkdədir. Hazırda Bakı şəhəri ərazisində 10 meqa parkın salınması işləri həyata keçirilir, bəzi parkların ərazisi artırılır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.