Ölkə

BMT-nin Rezident Əlaqələndiricisi: COP29-a hazırlıqlar çox yaxşı gedir

4 Oktyabr 2024 09:31
Baxış: 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"COP29-a hazırlıqlar çox yaxşı gedir".

Milli.Az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva İqlim Fəaliyyəti üçün Yürüş toplantısı çərçivəsində APA-ya açıqlamasında deyib.

Vladanka Andreyeva bildirib ki, Dünyanın 29-cu İqlim Konfransının Bakıda keçirilməsinə 40 gündən də az vaxt qalıb: "BMT COP29-un uğurlu olmasını çox istəyir. Bu, Azərbaycan hökumətinin ev sahibliyi etdiyi qlobal toplantıdır. Qlobal temperatur artımını Selsi üzrə 1,5 dərəcədən aşağı məhdudlaşdırmaq üçün təcili iqlim tədbirləri görməyimiz üçün qlobal ictimaiyyətin ortaq nəticələrə gəlməsi çox vacibdir. Azərbaycanda 18 agentliyinə rəhbərlik etdiyim BMT-nin ölkə komandası məlumatlılığı artırmaq, iqlim dəyişikliyi və iqlim fəaliyyəti ilə bağlı müzakirələr aparmaq üçün COP29 sədrlik komandası ilə çox sıx əməkdaşlıq edir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.