Ölkə

Sürücülərin DİQQƏTİNƏ: Bu yolda hərəkət məhdudlaşdırılacaq

4 Oktyabr 2024 11:39
Baxış: 423
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması ilə əlaqədar yolda hərəkətin məhdudlaşdırılması barədə hərəkət iştirakçılarına (sürücülərə) müraciət edib.

Milli.Az xəbər verir ki, bu barədə AAYDA-dan məlumat verilib.

Müraciətdə deyilir ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 264-cü kilometrində (Yevlax rayonu, Xaldan kəndi) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar bu gündən başlayaraq təqribən 1.5 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.