Ölkə

Bakıda “Afrikada Fransanın Neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfrans keçirilib - VİDEO - FOTO

3 Oktyabr 2024 17:58
Baxış: 677
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:58
 

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Afrikada Fransanın Neokolonializm siyasətinə" həsr edilmiş beynəlxalq konfrans keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki,  konfransda Afrikanın Seneqal, Burkina Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublika, Mavritaniya, Zimbabve, Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasının nümayəndələri iştirak edib.

Konfransın məqsədi Fransanın Afrikadakı neokolonial siyasətinin aktual məsələlərini və onun bu dövlətlərin sosial-iqtisadi inkişafına təsirini müzakirə etmək idi.

Tədbir zamanı iştirakçılarım öz təcrübələrini bölüşdükləri, müstəmləkəçiliyin nəticələri ilə mübarizə yollarını müzakirə etdikləri və Afrika ölkələrinin qlobal siyasətdə mövqelərini gücləndirmək üçün beynəlxalq əməkdaşlığın zəruriliyini vurğuladıqları mövzular üzrə üç panel müzakirəsi keçirilib.

Moderatorlar və iştirakçılar vurğuladılar ki, beynəlxalq aktorlar Afrika ölkələri üçün tam suverenliyin əldə olunmasında mühüm rol oynayırlar.

Beynəlxalq konfransın iştirakçıları Fransanın və bir sıra digər ölkələrin müstəmləkəçilik siyasətinə qarşı mühüm mübarizədə Bakı Təşəbbüs Qrupunun fəaliyyətinin əhəmiyyətini və məhsuldarlığını vurğuladılar.

----------
10:36


Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Afrikada Fransanın Neokolonializm siyasətinə" həsr edilmiş beynəlxalq konfrans öz işinə başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, konfransda Afrikanın Seneqal, Burkina Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublika, Mavritaniya, Zimbabve, Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasının nümayəndələri iştirak edir.

Konfransda iştirak edən şəxslərdən biri də Fransız neo-müstəmləkəçiliyinin əsas tənqidçilərindən olan Kemi Seba adlı tanınmış aktivistdir. Kemi Séba uzun illərdir Afrikanın müstəqilliyi, suverenliyi və neo-kolonial güclərə qarşı mübarizə hərəkatının simvolik liderlərindən biri kimi tanınır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.